Slimfit
  1. AVTO VƏ MOTO

Land Rover Evoque və Discovery Sport modellərini yeniləyib

Land Rover Evoque və Discovery Sport modellərini yeniləyib
Sakura

Land Rover Evoque və Discovery Sport modellərini yeniləyib

Böyük Britaniyada yenilənmiş Land Rover Discovery Sport və Evoque krossoverlərinin satışlarına başlanıb. Modellərin dizel mühərrikləri çeşidini yenidən nəzərdən keçirilib, bundan başqa,multimedia sistemi yenilənib və 290 at qüvvəli turbomühərrikə malik olan Black indeksli yeni versiya Discovery Sport modelinin modifikasiya çeşidinə əlavə edilib.

Land Rover Discovery Sport modelinin baza versiyasının təchiz edildiyi dördsilindrli dizel mühərrikinin gücü 150 at qüvvəsindən 163 qüvvəsinə qədər artırılıb. Gücün artmasına baxmayaraq, mühərrikin fırlanma anı eyni qalıb - 380 Nm. Modifikasiyanın indeks də dəyişib: D165. D180 modifikasiyası artıq D200 indeksini daşıyır və 204 at qüvvəsinə (430 Nm) sahib olan Ingenium dizel mühərriki ilə təchiz edilir.

Ens.Az autograph.az-a istinadən bildirir ki, baza aqreqatı mexaniki və ya avtomatik transmissiya, daha güclü mühərrik isə yalnız avtomatik transmissiya ilə təklif olunur. Əvvəllər olduğu kimi, tamötürməli Discovery Sport modelləri 48 voltluq startyor-generatoru olan MHEV sistemi ilə təchiz ediliblər.

Digər bir yenilik 290 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrikin geri dönməsidir. Bu mühərrik qara rəngli eksteryer tərtibatına, 20-düymlük təkər disklərinə və zəngin standart təchizata malik olan Discovery Sport Black versiyasına quraşdırılacaqdır.

"Qaya" krossover 100 km/saat həddini 7.4 saniyəyə toplayır ki, bu da top versiya sayılan P300e hibridinin sürətlənmə zamanından 0.8 saniyə yavaşdır. Yenilənmiş avtomobillərdə yeni Defender modelində olduğu kimi fərqli  sükan çarxı, Pivi və Pivi Pro multimedia sistemləri quraşdırılacaqdır. Bu sistemlər "hava" vasitəsilə yenilənır və Bluetooth vasitəsilə eyni zamanda iki smartfonun qoşulmasını təmin edirlər.

Eyni zamanda, Evoque modeli yeni top komplektasiya malik olub. Autobiography təchizat səviyyəsində olan krossoveri mis rəngli xarici haşiyələr, xüsusi emblemlər, 21-düymlük yüngül lehimli təkər diskləri və matrisa fənərləri sayəsində tanımaq olar. Bütün oturacaqlar sırıqlı dəri ilə örtülmüş, ön oturacaqlar havalandırıalandırlar.

Bundan əlavə, istehsalçı Discovery Sport modelini mərkəzi displeydə keyfiyyət indikatoru olan ağıllı hava filtrasiyası sistemi, avtomatik əyləcləmə funksiyası olan arxa tərəfdəki köndələn hərəkətə nəzarət sistemi  və qabaqcıl  dairəvi müşahidə kameraları ilə təchiz etməyə başlayıb. 30 km/saat həddinə qədər olan sürətlərdə ətraf məkanın üçölçülü vizual görüntüsü cihazlar panelində göstərilir.

Yenilənmiş krossoverlərə sifarişlər artıq qəbul edilir. Britaniyada Discovery Sport modelinin qiymətləri 31.915 funt sterlinqdən, Evoque modelinin isə 32.100 funt sterlinqdən başlayır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR