Slimfit
  1. AVTO VƏ MOTO

Lada Kosak

Lada Kosak
Sakura

Lada Kosak haqqında

Cəmi 200 ədəd istehsal edilib

Hər vaxtın xeyir, əziz oxucu! Sənə, Rusiyada olduqca nadir və az tanınmış bir avtomobili göstərmək istəyirəm.

Ancaq, bu xarici maşın deyil, əfsanəvi Lada-dır. Söhbət, Kosak adlı bir modeldən gedir.

Heç bu barədə eşitməmisən? Mən də bu yaxınlarda tapdım. Bu başa düşüləndir, çünki bu maşınlardan yalnız 200 ədəd istehsal olunmuşdur və onları tapmaq praktik olaraq mümkün deyil.

Çox təəssüf, ancaq gözəl görünür.

Artıq başa düşdüyün kimi, bu tamamilə xüsusi bir model deyil. "Niva" əsasında hazırlanıb və icra edilib. Bu yolsuzluğun tapılmamasının başqa bir səbəbi - Almaniyada istehsal olunmasıdır.

Bu, alman Lada dileri olmadan, heçnə edə bilməzdi. "Deutsche Lada" şirkəti sovet maşınlarını elə-belə gətirmirdi, həm də tamamilə dəyişirdi. Beləliklə, Kosak yarandı. 1985-ci ildə təqdim edildi.

Maşına maraq yaratmaq üçün cəmi 200 nüsxə topladılar. Fotoda arxada tam bərpa olunan bir kabriolet görürsən. Ancaq hamısı damsız deyildi.

Adi metal damı olan bir cip sifariş etmək mümkün idi. Ancaq razılaşmalıyıq ki, kabriolet daha maraqlı görünür. Hər şey vicdanla edilib. Yan dayaq və təhlükəsizlik əyməsi var. Yağışdan qoruyan "tent" yük yeri döşəməsindəki xüsusi bir saxlanca yığılır.

Orijinal qara plastik örtük də diqqəti çəkir. Kobud görünür, amma bu olmalı imiş. Bizim qarşımızda hər halda bir yolsuzluq var.

Gövdədən başqa alman "Niva"sı adidən nə fərqləndirdi? Müxtəlif kiçik əlavə seçimləri ilə. Rahatlıq və təhlükəsizlik üçün. Məsələn, Kosak duman əlehinə işıqları ilə təchiz edildi.

Salona baxsaq, nəzərimizi dərhal audio sistem çəkəcək. Özü də artıq kaset yox, diskdir. Oturacaq örtüyü də standart deyil.

Avtomobil 1985-ci ildə buraxıldı. Bütün 200 yolsuzluq tez bir zamanda sahiblərini tapdı və Almaniyaya dağıdıldı. Təəccüblüdür ki, əcnəbilər "Niva"nı sevir və hörmət edir, buna görə satışda heç bir problem olmadı.

Yeri gəlmişkən, Kosak-ı ingilis "Niva Cossack Cabriolet"i ilə səhv salma. Bu, "Niva"dan olan başqa bir kabrioletdir, təkmilləşdirmə (tüninq) ilə artıq almanlar deyil, ingilislər məşğul olublar. Çıxarıla bilən damdan əlavə, salona sərinləşdirici (kondisioner) yerləşdirmişdilər və həyatın digər sevincinlərini qoymuşdular.

 

Tərcümə etdi: AVTO KLUB AZƏRBAYCAN klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Mənbə: AvtoKlub Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR