Slimfit
  1. CƏMİYYƏT

Laçın şəhərinin hər yerindən mismar, çəkic və ağır texnikaların səsləri gəlir

Laçın şəhərinin hər yerindən mismar, çəkic və ağır texnikaların səsləri gəlir
Sakura

Laçın şəhərinin hər yerindən mismar, çəkic və ağır texnikaların səsləri gəlir

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Laçın şəhəri sürətlə müasir görkəminə bürünür. Şəhərin hər yerində fasiləsiz olaraq yenidənqurma işləri aparılır. Məqsəd may ayına qədər Laçını doğma sakinlərinin ilk qayıdışına hazırlamaqdır. “Xəzər Xəbər”in əməkdaşı  Laçında olub, şəhərdə aparılan yenidənqurma işlərini lentə alıb.

Məlum olub ki, Laçın şəhərinin hər yerindən mismar, çəkic və ağır texnikaların səsləri gəlir.

İşğaldan öncə Laçın şəhərində 2020 fərdi ev, 28 ümumi yaşayış evi olub. İşğal zamanı isə bu evlərin 1500-dən çoxu dağıntılara məruz qalıb. Ötən ilin sentyabr ayında şəhərin baş planına uyğun olaraq yeni evlərin tikintisinə başlanılıb və aparılan işlərin böyük bir qismi artıq bitmək üzrədir.

Yeni evlərin gözəl dizaynı və mənzərəsi baxanları heyran edir...

Şəhərdə yenidən qurulan 8 yaşayış binası 2 və 4 mərtəbədən ibarət olacaq. Evlərin və binaların kommunal infrastrukturu artıq hazırdır.

Şəhərdə 30-dan çox ictimai bina olacaq və onlardan çoxunun inşası başa çatıb. İstifadəyə yararlı binalar isə təmir edilir.

Laçın şəhərinin ərazisində olan yollar 6,8,12 metrədək genişləndirilir. Torpaq sürüşməsinin qarşısının alınması məqsədilə yol kənarı istinad divarları tikilir.

Laçın şəhərində indiyə qədər məscid mövcud olmayıb. Elə bu səbəbdən də çox yaxın zamanda şəhər sakinlərinin ibadəti üçün Heydər Əliyev Fondunun xətti ilə məscid kompleksinin tikintisi nəzərdə tutulur.

Laçın şəhərinə ilk köç bu ilin may ayında planlaşdırılır. Bura köçən sakinlərin məşğulluğu üçün paralel olaraq iş yerlərinin tikintisi də aparılır. Bir sözlə, Laçının laçın vaxtları hələ bundan sonra başlayacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR