Slimfit
  1. CƏMİYYƏT

Laçın sakini: Doğma yurdumuzda səs verəcəyim üçün qürurluyam

Laçın sakini: Doğma yurdumuzda səs verəcəyim üçün qürurluyam
Sakura

Laçın sakini: Doğma yurdumuzda səs verəcəyim üçün qürurluyam

Doğma elimizdən məcburi köçkün düşmək bizləri sarsıtdı. 30 il erməni əsarətində qalan yurd yerlərimizin işğal tarixlərini hüznlə xatırlayırdıq. Amma güclü ordumuzun sayəsində indi ərazi bütövlüyümüz bərpa olunub, biz də Laçınımıza qovuşmuşuq. Laçın sakini olaraq doğma yurdumuzda da təşkil ediləcək seçkidə səs verəcəyim üçün qürurluyam.

Ens.Az-ın məlumatına əsasən,bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Laçın sakini Leyla Məmmədova söyləyib.

İşğaldan azad olunan Laçında 1600-dən çox keçmiş məcburi köçkün məskunlaşıb. Onlardan səsvermə hüququ olanlar bu il ilk dəfə Laçında səs verəcəklər. Bunun üçün şəhərdə 2 seçki məntəqəsi yaradılıb. Səsverməyə yüksək əhvali-ruhiyyədə hazırlaşan sakinlərdən biri də Leyla Məmmədovadır. Seçki gününə hazırlıqla bağlı bildiriş kağızı alanda çox sevindiyini bildirən Leyla Məmmədova deyib: “Laçınımız bizi gözəl qarşıladı. Yenidən bərpa olunan, hər bir şərait yaradılan evlərimiz, abad küçələrimiz, uşaqların təhsili üçün inşa edilən məktəb, göz oxşayan şəhərimiz bizim üçün yeni həyatın başlanğıcıdır. Laçında bir çox ilklər yaşadıq və həmin günlər unudulmayacaq tarixə çevrilib. Bir neçə gün öncə səsvermə ilə bağlı bildiriş kağızı alanda da qürur hissi keçirdim və sevinc göz yaşlarımı saxlaya bilmədim. Bu tarixi anları bizləri qalib ölkənin qalib vətəndaşına çevirən ordumuzun sayəsində yaşayırıq. Torpaqlarımızı düşmən əsarətindən azad edən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".

Qeyd edək, ki Laçın şəhərində 431 ailə, yəni 1627 nəfərin daimi məskunlaşması təmin olunub. Böyük Qayıdış prosesi davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR