Slimfit
  1. AZƏRBAYCAN

Kvota olan iş yerlərinə elektron nəzarət ediləcək

Kvota olan iş yerlərinə elektron nəzarət ediləcək
Sakura

Müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota…

Müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerlərinin ayrılmasına, həmin şəxslərin kvota üzrə işlə təmin edilmələrinə elektron nəzarət sistemi qurulacaq. Sistemin qurulması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məşğulluq xidmətlərinin elektron infrastrukturunun yaradılması çərçivəsində həllini tapacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, mərkəzləşdirilmiş elektron informasiya sistemində gələn ilin əvvəllərində hazır olması nəzərdə tutulan məşğulluq altsistemi Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə inteqrasiya şəraitində işləyəcək. İşəgötürənlərin elektron sistemə təqdim etdikləri məlumatlar əsasında müvafiq müəssisələrdə işçilərin və ştatların sayı, qanunvericilik əsasında işçi sayına uyğun kvotaların ayrılması vəziyyəti operativ şəkildə müəyyən olunacaq. Bu da həmin sahədə müəssisələrdə yol verilən nöqsan və çatışmazlıqları aşkar etməyə imkan verəcək.

Xatırladaq ki, 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyalarına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına 2 ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxil edilib.

Qanunvericiliyə əsasən, müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yeri həmin insanlar üçün müəyyən edilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR