Slimfit
  1. AZƏRBAYCAN

Kürünün bir kiloqramı 2500 manata satılır

Kürünün bir kiloqramı 2500 manata satılır
Sakura

Kürünün bir kiloqramı 2500 manata satılır

Əsl kürünün 1 kq-nın qiyməti 1000 manatdan baha olsa da, hazırda bəzi restoran və şadlıq evlərində qonaqlara ucuz qiymətə kürü təqdim edilir.

Xezerxeber.az-ın məlumatına görə, marketlərdə balıq kürüsünün 100 qramının satış qiyməti 4 manatla 190 manat arasında dəyişir. Amma hansının təbii, hansının sənaye üsulu ilə hazırlandığını bilmək çox çətindir.

Əsl kürünün 1kq-nın qiyməti 1200-2500 manat arasında dəyişir. Halbuki, bir çox restoranlarda və şadlıq evlərində hələ də süfrəyə balıq kürüsü qoyulur. İnsanlar isə bu qidadan çəkinirlər.

Qida mühəndisi İsa Əliyevin sözlərinə görə, suni kürü balıq yağından hazırlanır və üzərinə aroma və rəngləndiricilər vurulur. Bu isə birbaşa olmas da, dolayı yolla insan sağlamlığı üçün ziyanlıdır.

Suni kürünü müəyəyn etməyin isə bir neçə üsulu var.

Qeyd edək ki, suni kürünün satışı qadağan edilməsə də onun üzərinə bu məhsulun sənaye üsulu ilə hazırlandığının yazılması mütləqdir. Amma bəzi işbazlar bunu yazmayaraq istehlakçıları aldatmağa çalışırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR