Slimfit
  1. İQTİSADİYYAT

Kür çayında dibdərinləşdirmə işlərinə başlanılıb

Kür çayında dibdərinləşdirmə işlərinə başlanılıb
Sakura

Kür çayında dibdərinləşdirmə işlərinə başlanılıb

Kür çayının Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində dibdərinləşdirmə işlərinə başlanılıb.

Report”un Aran bürosu xəbər verir ki, Kürdə suyun səviyyəsinin günbəgün azalması nəticəsində çayın bir sıra yerlərində adalar əmələ gəlib. Çayın axını xeyli zəifləyib. Mövcud problemi həll etmək məqsədi ilə çayın Salyanın Xocalı və Neftçalanın Qardaşbəyli kəndlərinin ərazisindən keçən hissəsinə lilsovuran gəmi gətirilib. Artıq bir neçə gündür lilsovuran gəmi vasitəsilə həmin ərazidə dibdərinləşdirmə işləri aparılır. Qısa müddətdə Kürün 200 metr hissəsində lilsovuran gəmi ilə su səthindən 14 metrə qədər dibdərinləşdirmə işləri həyata keçirilib. İlkin mərhələdə çayın 1 kilometrdən artıq hissəsinin lilsovuran gəminin köməyilə dərinləşdirilməsi nəzərdə tutulub.

Mütəxəssislərin fikrincə, Kürdə dibdərinləşdirmə işləri aparılmasının gələcək daşqınların qarşısının alınmasında müsbət rolu olacaq. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR