Slimfit
  1. CƏMİYYƏT

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Sakura

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

İyunun 26-27-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən "Ölkə.az"a verilən məlumata görə, əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürətinın 13.9-20.7 m/san olacağı gözlənilir.

Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Goranboy, Naftalan, Yevlax, Göyçay, Ordubad, Mingəçevir, Zərdab, Salyan, Sabirabad, Şirvan, Hacıqabul, Neftçala, Xızı, Qobustan, Cəbrayıl, Cəlilabad, Lənkəran rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında da iyunun 26-sı səhərdən 27-si səhərədək küləyin sürətinin narıncı xəbərdarlığa uyğun olaraq 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.

Belə küləkli hava şəraitində əhaliyə ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR