Slimfit
  1. DÜNYA

KTMT Ermənistanın layihəsi deyil. Yerevana Bişkekdən cavab

KTMT Ermənistanın layihəsi deyil. Yerevana Bişkekdən cavab
Sakura

KTMT Ermənistanın layihəsi deyil. Yerevana Bişkekdən cavab

KTMT-də yeni baş katibin namizədliyi ilə mürəkkəb vəziyyəti nəzərə alaraq, Qırğızıstan tərəfi bu məsələ ilə bağlı mövqeyini kollegial əsasda müəyyənləşdirəcək.

Oxu.Az-ın məlumatına görə, bu barədə Media.Az-a müsahibəsində politoloq, Qırğızıstanın “Pikir” regional ekspert klubunun sədri İqor Şestakov danışıb. 

“İstisna deyil ki, KTMT üzvləri arasındakı baş katiblə bağlı müzakirələr Qazaxıstan paytaxtındakı sammitdən sonra başa çatmayıb.

MDB-nin cənub sərhədlərindən gələn təhdid və çağırışları nəzərə alaraq, baş katib namizədi ilə bağlı konsensus olmadan KTMT-nin birliyi haqqında danışmaq çətin olacaq, konsolidasiya vacibdir. Bununla əlaqədar əminlik var ki, ilin sonunadək məsələ həll ediləcək. 

Eyni zamanda, Astana sammitində sədrlik edən Nursultan Nazarbayev Belarusdan olan namizədi təklif edib. Qırğızıstan rəhbərliyi hər zaman KTMT-nin konstruktiv fəaliyyətinin tərəfində olub və ona görə də Qırğızıstan prezidentinin iştirakı ilə baş katiblə bağlı vəziyyət təşkilatın səmərəli işləməsi baxımından həll olunacaq”, - deyə İ.Şestakov bildirib.

Politoloqun sözlərinə görə, istisna etmək olmaz ki, Rusiya və ya Qırğızıstandan olan namizədlər bu məsələnin həlli üçün irəli sürülə bilər. 

“Ancaq mən hesab edirəm ki, baş katib Belarus nümayəndəsi olacaq. Paşinyanın bu məsələdə şansı yoxdur. Bəli, Paşinyanın bu məsələyə öz baxışı var, ancaq KTMT Ermənistanın layihəsi deyil, dövlətlərarası statusa malik təşkilatdır. Məhz bu, Astana və Minskin katiblik məsələsindəki mövqeyinə səbəb olub. Sözsüz ki, Yuri Xaçaturovun həbsi Yerevanın daxili siyasi işidir, ancaq KTMT-yə yeni baş katibin təyini təşkilatın bütün üzvlərindən asılıdır”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR