Slimfit
  1. DÜNYA

"Krokus" teraktı ilə bağlı daha bir nəfər saxlanıldı

"Krokus" teraktı ilə bağlı daha bir nəfər saxlanıldı
Sakura

"Krokus" teraktı ilə bağlı daha bir nəfər saxlanıldı

Moskvanın Basmannı Məhkəməsi “Krokus Siti Holl” konsert zalına hücumda təqsirləndirilən 10-cu şəxsi həbs edib.

Axar.az TASS-a istinadla xəbər verir ki, həbs olunan şəxs Tacikistan vətəndaşı Yakubcan Yusufzadədir.

“Məhkəmə İstintaq Komitəsinin müstəntiqinin vəsatətinin təmin edilməsi, Yusufzadə barəsində mayın 22-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib”, - hakim Nataliya Dudar qərarı elan edib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs terror aktından bir neçə gün əvvəl terrorçuları yaşayış yeri ilə təmin etmək üçün bank kartından iştirakçılardan birinə pul köçürüb. Ona CM-in 205-ci maddəsi (bir qrup şəxs tərəfindən törədilmiş, insan ölümü ilə nəticələnən terror aktı) ilə ittiham elan edilib. Onu ömürlük həbs gözləyir.

Bununla da istintaq 10 təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR