Kriştianu Ronaldunun anası insult keçirdi
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunun anası Dolores Aveyrunun səhhətində problem yaranıb.
"Report"un "JM Madeira"ya istinadən verdiyi məlumata görə, 65 yaşlı qadın ötən gecə insult keçirərək təcili xəstəxanaya çatdırılıb.
Həkimlərin təcili müdaxiləsi nəticəsində xəstəliyin ağır nəticəsinin qarşısı alınıb. Əks halda, bu, nitqin çətinləşməsi və ifliclə nəticələnə bilərdi.
Hazırda futbolçunun anası həkim nəzarəti altındadır.
Qeyd edək ki, Kriştianu Ronaldu karyerasına Portuqaliyanın "Sportinq" klubunda başlayıb. Hücumçu 2003 - 2009-cu illərdə İngiltərə "Mançester Yunayted"i, 2009 - 2018-ci illərdə İspaniya "Real Madrid"ində çıxış edib. O, "Yuventus"da 2018-ci ilin yayından forma geyinir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət