Dərc edildi: Baxış sayı: 487
Kremldən Putin- Ərdoğan görüşü ilə bağlı açıqlama
Rəsmi Kreml Rusiya və Türkiyə Prezidentlərinin 2020-ci ilin yanvarında baş tutacaq görüşünü şərh edib.
“Qafqazinfo”nun xəbərinə görə, Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüş zamanı əsasən Liviyadakı vəziyyəti müzakirə edəcəklərini bildirib.
“Rusiya və Türkiyə Suriya mövzusunda gündəlik olaraq çox sıx təmaslar aparır. Ortaq söhbətdə Liviya məsələsi də var”, -deyə Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, Rusiya Liviyada qan tökülməsinə son qoymaq üçün, eləcə də müharibə edən tərəflər arasında birbaşa təmaslar üçün vasitəçilik edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət