Slimfit
  1. MARAQLI

KREATİV olmağın 5 üsulu

KREATİV olmağın 5 üsulu
Sakura

KREATİV olmağın 5 üsulu

Əksər insanlar düşünür ki, kreativlik doğuşdan gəlir. Burada nə qədər böyük bir səhv etdiyinizi vurğulamaq istəyirəm. Kreativlik də liderlik kimi sonradan öyrənilə biləndir və kreativlik hansı sahədə çalışmağınızdan asılı olmayaraq, həmişə lazım olan bacarıqdır. Ətrafımızda ən sevilənlər kreativ olanlardır, ən yadda qalanlar onlardır. Onlar seçilməyi bacarırlar. Heç kəsin düşünə bilmədiyini düşünür və heç kəsin görə bilmədiyi incə detalları görürlər. Niyə siz də onlardan biri olmayasınız. Hər zaman, hər yerdə düzgün olan bir qanun var. Bu səbəb-nəticə qanunudur. Dünyanın ən məşhur motivator – təlimçilərindən biri olan Brayan Treysi “Daxili intizamın gücü” kitabında bu qanunun bütün digər fiziki qanunlardan daha güclü olduğunu ifadə edir. Bu qanun kreativlikdə də keçərlidir. Belə ki, kreativ olmaq istəyirsinizsə kreativlik üçün vaxt ayırmalısınız. Bütün nəticələr hər hansısa səbəbdən doğur. Düzgün səbəblərlə işə başlayın ki, nəticələriniz də ürəkaçan olsun.

1. Qaydalara tabe olmayın, pozun və yenidən yazın.

Kreativizmin ilk dərsi olaraq sizdən bir xahiş edəcəyəm: Sağ və Sol beyin miflərindən qurtulun. İnandırıldığımız məlumatlar, sağ beyin yarımkürəsinin emosionallığımızı və incənət qabiliyyətimizi, sol beyin yarımkürəsinin isə analitik düşüncə və riyazi qabiliyyətlərimizi idarə etdiyidir. 2013 – cü il araşdırmaları insanların sağ və ya sol yarımkürəsinin daha yaxşı inkişaf etməsi stereotipini birdəfəlik aradan qaldırdı. Bütün insanların sağ və sol beyin yarımkürələri eyni qədər inkişaf etmişdir.  Yəni bilməlisiniz ki, heç kim sizdən daha emosional, ya da daha məntiqli deyil. Ən azından fiziki cəhətdən.

2. İzah edən tərəf olun, suallar verib cavablandırmağa çalışın.

Kreativ olmaq istəyirsinizsə biliklərinizi genişləndirin. Mövlanə Cəlaləddin Rumi yada gəlir bu anda. Başqalarının hekayələrinə bağlanmayın. Bu onların hekayəsidir. Siz öz sirrinizi ortaya çıxarın. Ətrafınızdakı hər şeyə bir bütün olaraq baxın və suallarla aydınlaşdırın hər şeyi. Sizə hazır cavablar verilmir bu dünyada. Siz cavabları özünüz tapmalısınız. Çünki hər hekayə başqa cavablarla cavablandırılır.

3. Çox gəzin, ətrafınıza sadəcə baxmayın, həm də görün.

Yeni macəralara atılın. Bu həyatın ikincisi yoxdur. Gəzin, axtarın. Axtarın ki, tapasınız. Yeni təcrübələrə açıq olun. Məsuliyyətlərdən qaçmayın. “Yes man”filmində olduğu kimi, hər şeyə “Hə” deyin. Bu söz sehrli sözdür.

4. Çoxlu tərəvəz və meyvələrlə qidalanın.

Bu dünyada ən çox ehtiyacınız olan şey düzgün qidalanmadır. Qida rasionunuz beyninizin iş mexanizmini də müəyyən edir.

5. Əhvalınızı hər zaman yüksək tutmağa çalışın.

Ətrafınızdakı bütün hadisələrə olan baxış bucağınız sizin əhvalınızı müəyyən edir. Günüzü kiçik hadisələr korlamasın. Siz sevgi ilə baxın bu dünyaya, hər şey gözəl olsun. Əslində, bunu görməsəniz belə, öz həyatınızı özünüz idarə edirsiniz. Gözəl idarə edin ki, bir dəfə yaşamağınıza dəysin.

Sevinc Hüseynova

Mənbə: Banco.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR