Kral adına buraxılan sikkə 1 milyona satıldı
1937-ci ildə Kral VIII Eduardın adına buraxılan sikkə 1 milyon funt sterlinqə adının açıqlanmasını istəməyən kolleksiyaçıya satılıb.
Kult.az xəbər verir ki, bu, indiyədək satılan ən bahalı Britaniya sikkəsidir. Sonuncu dəfə ən bahalı sikkə 2014-cü ildə ABŞ kolleksiyaçısına 516 min funt sterlinqə satılmışdı.
22 karatlıq qızıldan hazırlanan 22 millimetr diametrində və 7,98 qram ağırlığında olan sikkə hazırda istifadə olunan sikkələrdən daha kiçik və yüngül çəkilidir. Yalnız 6 ədəd buraxılan sikkədən 4-ü muzeydə saxlanılır.
Xatırladaq ki, sikkələr Kral VIII Eduardın Böyük Britaniyaya 10 ay rəhbərlik etdiyi zaman hazırlanıb, lakin sonradan o, öz istəyi ilə hakimiyyətdən əl çəkərək Parisdə yaşamağa qərar verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət