Slimfit
  1. MEDİA

Kosmosdakı ilk ana: yadplanetliləri görməmisinizsə, bu o demək deyil ki, onlar yoxdurlar

Kosmosdakı ilk ana: yadplanetliləri görməmisinizsə, bu o demək deyil ki, onlar yoxdurlar
Sakura

Kosmosdakı ilk ana: yadplanetliləri görməmisinizsə, bu o demək deyil ki, onlar yoxdurlar

Məşhur amerikalı astronavt Anna Li Fişer, Rusiya mətbuatına verdiyi açıqlamada, Rusiya və ABŞ-ı nəyin birləşdirdiyini, yadaplanetlilərə inanıb-inanmadığını, ana olduqdan az müddət sonra kosmosa uçduqda nələr hiss etdiyini söyləyib.

ABŞ-ın Rusiyadakı yeni səfiri Con Sallivan Moskvadakı iqamətgahında etdiyi ilk ictimai tədbirdə Rusiya və ABŞ-ı birləşdirən mövzuda bir təklif etdi. Bu kosmosdur. Spaso Hous-da tarixə kosmosa uçmuş ilk ana kimi düşən amerikalı məşhur astronavt Anna Li Fişer rusiyalı tələbələrə mühazirə verib. O, bir neçə gün sonra Sankt-Peterburq tələbələri qarşısında çıxış edəcək.

-Bu il Amerika gəmisi "Apollon" və "Sovet Soyuz-19" nın ilk dəfə birgə uçuşunun 45-ci ildönümünü qeyd edirik. Kosmos sahəsində əməkdaşlıq ölkələrimiz üçün çox vacibdir "deyərək axşamı Dövlət Departamenti rəhbərinin keçmiş müavini Mayk Pompeo açıb.

Daha sonra müxtəlif çıxışlar da olub. Tədbirin sonunda Anna Fişer müsahibə verib. Həmin müsahibənin maraqlı olacağını nəzərə alaraq, Ens.az oxucularına təqdim edirik.

Uşağım oldu, amma "yox" deyə bilmədim

"Mən rus dilini öyrənməyə çalışdım, amma bu, indiyədək etməli olduğum ən çətin işdir" Anna Li Fişer jurnalistə bildirib.

- Dünyaya uşaq gətirdikdən çox keçməmiş açıq kosmosa uçmaq necə mümkündür? Necə oldu ki, 1984-cü ildə belə bir cəsarətli qərar verdiniz?

- Bu mənim xəyalım idi. Uçuş üçün seçildiyimi bilirdim, amma hər şeyin bu qədər tez olacağını düşünmürdüm. Qızım Kristin o vaxt 14 aylıq idi. Ancaq yox deyə bilmədim. Bu, yəqin ki, etdiyim ən çətin iş idi, amma gözəl bir dayə uşağa qayğı göstərdi, anam və ərim də kömək etdi. Mən aldatmayacağam - çətindi. Ancaq yenə də mən bir astronavtam və bilirdim ki, bundan sonra digər qadınlar da uçacaqlar və onlar bilməlidirlər ki, həm ana olmaq, həm kosmosa uçmaq mümkündür.

- Yəni ailəniz qərarınızı tam dəstəklədi.

- Bəli, tamamilə. Onlarsız mənim üçün çox-çox çətin olardı.

- Kosmosda özünüzü necə hiss edirdiniz?

- Təsvir etmək çətindir. Əvvəlcə qorxunc idi, çünki bunun nə qədər çəkici, amma eyni zamanda nə qədər təhlükəli olduğunu bilirsiniz. Dgər tərəfdən isə çox möhtəşəm idi, yəqin ki, həyatımdakı ən həyəcanlı 8.5 dəqiqə idi. Sonra planetimizi gördüm, onun nə qədər gözəl olduğunu ifadə etmək mümkün deyil. Bu ilk mərhələ idi. Mən uçarkən o qədər həyəcanlanmırdım, nəinki növbəti mərhələdə. Yeri gəlmişkən, "Columbiya" şattlıyla hadisədən sonra biz anladıq ki, bütün mərhələlər kifayət qədər təhlükəlidir (2003-cü ildə Yer kürəsinə enmə ərəfəsində partlamışdı. - red.).

Yadplanetlilər varmı?

- Ola bilsin, bu sualı axmaq hesab edəcəksiniz , ancaq yadplanetlilərin olduğuna inanırsınız?

-Bu axmaq sual deyil. Cavab vermək çətindir. Statistik ehtimala baxdıqda bu, olduqca mümkündür. Şəxsən mən yad bir həyatın mövcudluğuna dair heç bir dəlil görməmişəm. Ancaq həmkarım bu mövzuda belə deyirdi: "Sübutun olmaması onların olmadığını sübut etmir." Kainatımızda başqa bir həyatın olduğuna inanmaq istərdim.

"Ömrüm boyu Tereşkova haqqında danışıram"

-Kosmosa uçmaq üçün qadın hansı xarakterə sahib olmalıdır?

- Birinci növbədə, kosmosu və kəşfləri sevməlisən. İkincisi, riyaziyyatı, təbiət elmlərini və mühəndisliyi. Yəqin ki, gələcəkdə təhsilindən asılı olmayaraq hər kəs kosmosa uça biləcək, ancaq indi ciddi bir təməl tələb olunur. Həm də müxtəlif mühitlərdə rahat olmalısınız. Məsələn, mən dalğıcla məşğul olmuşam və ticarət aviasiyasının pilotu kimi oxumuşam.

Kosmik turizm qeyri-peşəkarlar üçün təhlükəlidirmi?

"Mən kosmik turizm tərəfdarıyam, çünki insanlar bizim gözəl planetimizə kosmosdan nə qədər çox baxsalar, bu, bizi bir o qədər birləşdirəcək və planetimizin nə qədər xüsusi olduğunu anlamağa imkan verəcəkdir." Ancaq risk hər zaman var. Pulum olsaydı, mən özüm də bu cür bilet almaq istərdim (gülür).

-Kosmosa uçmuş ilk qadın olan Valentina Tereşkova ilə tanıışsınızmı?

"Mən onu yaxşı tanımıram, amma onunla Səudiyyə Ərəbistanında görüşmüşdük." Onunla görüşmək mənim üçün inanılmaz bir şərəf idi, astronavt olmağa qərar verdiyim andan onun barədə daima eşitmişdim. Svetlana Savitskaya ilə də görüşmək istərdim. Kosmosa uçmuş ilk amerikalı qadın Salli Rayd uçuşdan sonra Avropada onunla tanış olmuşdu. Mən isə bütün çıxışlarımda Tereşkova və Savitskaya, bir də kosmosdakı ilk Amerika qadınları haqqında danışıram. Yuri Qaqarinin və Valentina Tereşkovanın kosmosu təkbaşına fəth etdiklərini xatırlamaq lazımdır. Mən uçarkən dörd heyət üzvü var idi. Ancaq bir də var tək olasan, bu tamamilə xüsusi bir şeydir.

Kosmosdakı ilk ana Moskvada gənclər qarşısında mühazirə verdi. Qarşıda - Peterburq var . Foto: ABŞ-ın Rusiya Federasiyasındakı səfirliyi

"8 mart" ABŞ-da kosmonavtların sayəsində qeyd edilməyə başlanıb

- Rusiyaya hansı məqsədlə gəlmisiniz? Əvvəllər burada olmuşdunuz?

- Sonuncu dəfə 1998-ci ildə, kosmik stansiyanın missiyasına rəhbərlik etdiyim müddətdə 10 gün Moskvada oldum. Mübadilə məsələlərilə bağlı texniki görüşlərimiz olmuşdu. Birgə proqramın erkən mərhələsində işləmək çox maraqlı idi - ABŞ və Rusiya birlikdə işləməyi öyrəndilər. İndiyədək 62 ekspedisiya həyata keçirmişik, o vaxt hər şey yeni başlamışdı. Dövlət Departamentində natiqlər üçün bir proqram var, onun çərçivəsində çox sayda tələbəyə, xüsusən gənc qadınlara dərs deyirəm, onları təbiət elmləri, riyaziyyat, mühəndislik işlərini öyrənməyə təşviq edirəm, karyera və ailəni birləşdirməyin necə mümkünlüyünü anladıram. Deyə bilərəm ki, ABŞ-dan xoşməramlı səfir kimi gəlmişəm.

- İndiki çətin vəziyyətdə kosmos hələ də Rusiya və ABŞ-ı birləşdirən azsaylı mövzulardan biridir. Moskva ilə Vaşinqton arasında münasibətləri qaydaya salmaq üçün "kosmik resept" varmı?

-Bu suala görə təşəkkür edirəm. Kosmosun və onun araşdırılmasının ən vacib xüsusiyyətlərindən biri insanların birləşməsidir. Rusiyadakı həmkarlarımla söhbət edəndə, onlar da eyni şeyləri hiss etdilər. Çində görüşlərimiz oldu və orada da eyni təəssüratları olan insanlar var. Məlum olur ki, ən müxtəlif insanlar kosmosda birləşirlər - mədəniyyətlərindən, təhsillərindən, tərbiyələrindən, mənşə ölkələrindən, siyasi mülahizələrindən asılı olmayaraq. Onlar bir araya gəlirlər. Bəlkə də yüksək səviyyədə ABŞ və Rusiya arasında indi münasibətlər yaxşı deyil, amma kosmik stansiya səviyyəsində problemlər yoxdur, çünki burada insanlar siyasi fikir ayrılıqlarından daha yüksək olan bir məqsədlə birləşirlər. Bax buna görə kommersiya kosmik uçuşlarını çox vacib hesab edirəm. İnsanlar Yer kürəsini kosmosdan nə qədər çox görsələr, bir yerdə olduğumuzu, ABŞ və Rusiyadan deyil, Yer planetindən olduğumuzu hiss edəcəklər.

Yeri gəlmişkən, Beynəlxalq Kosmik Stansiyada hər bir ekipaj hansı bayramı təşkil edəcəklərinə dair qərar verirlər. Bütün bayramları qeyd edə bilmirik. Ona görə də heyət toplanır və seçim edir. Rus həmkarlarımızla işləməyə başlayanda gördük ki, ABŞ-da bəzi bayramlar heç vaxt qeyd olunmurmuş - məsələn, 8 mart. İndi artıq orada da bu bayram qeyd olunmağa başladı, nəinki kismosda. Birgə yaratdığımız başqa bir ənənə, dünyadan köçən astronavtın xatirəsinə ağac əkməkdir. Kosmik proqramlarda öyrəndiklərimizin Yer üzündə necə yaşamağa başladığını izləmək maraqlıdır.

P.S. Xanım Fişer mühazirəsini gənclər üçün aşağıdakı tövsiyə ilə başa çatdırdı: "Kim olmaq istədiyinizdən asılı olmayaraq kimya öyrən - astronavt, baş nazir və ya Roma papası."

Qısa bioqrafik məlumat

Anna Li Fişer 24 avqust 1949-cu ildə Nyu Yorkun ətrafında anadan olub. 1971-ci ildə Kaliforniya Universitetni kimya ixtisası üzrə bitirərək bakalavr dərəcəsi alıb. Daha sonra həmin universitetdə tibb elmləri doktoru və kimya elmləri üzrə magistr elmi dərəcələri əldə edib. 1978-ci ildə NASA astronavt heyətinə daxil olub. 1984-cü ilin 8-16 noyabrında 1984 "Discovery" kosmik gəmisində uçuş edib. İkinci uçuş 1986-cı ilə nəzərdə tutulsa da, həmin ərəfədə "Challenger" gəmisinin qəzasından sonra ləğv edildi. 2011-ci ildə kosmonavt- menecerləri kateqoriyasına daxil edilib və 2017-ci ildən təqaüdə çıxıb.

İki dəfə ailə qurub, iki qızı var.

Mənbə: kp.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR