Kosmosa rekord sayda peyk buraxılıb
ABŞ Kosmik Agentliyinin (NASA) keçmiş əməkdaşlarının təsis etdiyi “Planet Labs” özəl kosmik şirkəti bəşəriyyət tarixində kosmosa rekord sayda peyk buraxıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, eyni anda 146 kiçik peyk buraxılışı həyata keçirilməklə kosmosa ümumilikdə 300 peyk çıxarılıb. “Dove” adlanan “CubeSat” formatlı miniatür peyklər xüsusi xidmət orqanları, kənd təsərrüfatı şirkətləri və s. tərəfindən istifadə məqsədilə planet səthinin fotoşəkilinin çəkilməsi üçün vahid şəbəkədə birləşdirilib. Çəkisi təxminən 5 kq təşkil edən peyklər məlumatların toplanılması üçün smartfonların istifadə etdiyi texnologiyadan yararlanır. “Casus” peyklər bütün dünyada yüksək keyfiyyətli şəkillər çəkirlər. Onlar Yer kürəsi ətrafında hər 90 dəqiqədə bir dəfə dövrə vurmaqla planetdə baş verən bütün dəyişiklikləri sənədləşdirirlər.
Məlumata görə, “Planet Lab” şirkəti fotoşəkilləri əsasən kənd təsərrüfatı bitkilərinin vəziyyətinin monitorinqi ilə məşğul olan 200-dən çox müştəriyə satır. Şirkət təsisçisi Uill Marşall və onun komandası fəaliyyətə orbitə Beynəlxalq Kosmik Stansiyadan buraxılan 28 kiçik peyk göndərməklə başlayıb. Bu gün şirkət mütəxəssisləri tərəfindən bəşəriyyət tarixində ən böyük peyklər parkının idarəetməsi həyata keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət