Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Körpələr üçün hansı su daha təhlükəsizdir?

Körpələr üçün hansı su daha təhlükəsizdir?
Sakura

Körpələr üçün hansı su daha təhlükəsizdir?

Ens.az xəbər verir ki, Ulraynadan olan məşhur pediatr Yevgeni Komarovski uşaqların sağlamlığı və tərbiyəsi mövzusunda valideynlərə faydalı məsləhətlər paylaşır. O, instaqram səhifəsində müəllifi olduğu "Uşağınızın həyatının ilk ilinə dair 365 göstəriş" kitabından içməli suyun təhlükəsizliyi mövzusunda bir hissəni paylaşıb.

“Uşaqların içməli suyu üçün ən vacib tələb təhlükəsizlikdir. Heç kim qaldığınız yaşayış məntəqəsində optimal keyfiyyətli suyun harada olduğunu sizdən daha yaxşı bilmir. Bu hansı sudur: krantdan gələnmi, yaxud orada quyudan çıxır, bulaq var, ya da elə mağazada satılan? ", Komarovski yazır.

Həkimin sözlərinə görə, adekvat məlumatın ən “düzgün” mənbəyi yerli sanitariya idarələri olmalıdır.

Bununla belə, içməli su üçün ideal seçim qazsız, qaynadılmamış mineral süfrə suyudur. Belə su əsasən şüşə qablaşmada satılır.

" Satış yerlərində kommersiya məqsədi ilə yazılmış "Xüsusi uşaq mineral suları" "böyüklər" suları ilə müqayisədə heç bir xüsusi üstünlüklərə malik deyil. Bu, eyni zamanda daha yüksək qiymət müqabilində uşağına "ən yaxşı xüsusi-su" vermək üçün gənc ailələrə cəlbedici görsənir" - Komarovski deyib.

Komarovsky xəbərdarlıq edir ki, içməli suyun saflığına şübhə olarsa, onu bir dəqiqə qaynatmaq lazımdır. Bu qayda xüsusilə uşağın həyatının ilk 4 ayında vacibdir.

"Əgər şərait sizi içməli suyu qaynatmağa məcbur edərsə, hər gün bunu edin: səhər saatlarında bir şüşəyə qaynar su tökün və soyudun" dedi.

Körpənizə ana südü və / və ya süd qarışığına əlavə olaraq verdiyiniz suyu isitməyə ehtiyac yoxdur - bu otaq temperaturunda ola bilər.

Süd qarışıqlarının hazırlanması üçün istifadə olunan suya olan tələblər də oxşardır. Keyfiyyətindən asılı olmayaraq, bu suyun bir-iki dəqiqə qaynadılması vacibdir, sonra optimal olaraq 37 ° C-yə qədər soyudulur və tozla qarışdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR