Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusun süni tənəffüs cihazı olmadan müalicəsi tapıldı

Koronavirusun süni tənəffüs cihazı olmadan müalicəsi tapıldı
Sakura

Koronavirusun süni tənəffüs cihazı olmadan müalicəsi tapıldı

Rusiyada helium-oksigen qarışıqlı inhalyasiyalardan sonra 50 koronavirus pasiyentindən yalnız birinə süni tənəffüs cihazı qoşmaq lazım gəlib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İmmunoloqlar Elmi Cəmiyyətinin prezidenti, Rusiya Elmlər Akademiyası Ural Filialının İmmunologiya və Fiziologiya İnstitutunun elmi direktoru Valeri Çereşnev jurnalistlərə açıqlamasında bildirib.

"Sistem Komi Respublika Xəstəxanası əsasında bəyənilib. Bizdə 50 xəstə var idi. Onların hamısı sağ qaldı, bunlar ağır xəstələr idilər. Xəstələrdən yalnız biri süni tənəffüs cihazına qoşuldu. Sıktıvkarda respublika xəstəxanasında təcrübə müsbət nəticə verdi, indi istehsal gedir”, - Çereşnev deyib.

O qeyd edib ki, süni tənəffüs cihazı orqanizmə kifayət qədər ağır yüklənmədir. COVID-19 zamanı inkişaf edən pnevmoniya fonunda tənəffüs kəskin azaldıqda, 90-95 dərəcəyə qədər qızdırılan helium-oksigen qarışığı süni tənəffüs cihazını əhəmiyyətli dərəcədə üstələyir.

Valeri Çereşnevin sözlərinə görə, mikrobioloqlar əvvəlcə bu cür inhalyasiyalarda istifadə olunan cihazları təkmilləşdirməyə qərar veriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR