Slimfit
  1. CƏMİYYƏT

Koronavirusun quşlara keçmə riski var - Baş infeksionist

Koronavirusun quşlara keçmə riski var - Baş infeksionist
Sakura

Koronavirusun quşlara keçmə riski var - Baş infeksionist

“Koronavirus ilk olaraq heyvandan insana keçib. İnsan orqanizmində mutasiyaya uğrayaraq, digərlərinə yoluxub”.

Bu barədə Modern.az-a danışan Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib ki, hazırda xəstəlyin yayılma mənbəyi insandır:

“Hər adam heyvanla təmasda deyil, ona görə virusun heyvanlardan insana keçmə riski aşağıdır. Amma yaxın təmas olduqda insandan insana çox sürətlə keçir. Hazırda respirator virus infeksiyalarının əsas mənbəyi insandır”.

Baş infeksionist ev heyvanlarının virusa yoluxma ehtimalını da dəyərləndirib:

“Koronavirusun əvvəllər öyrənilən 4 növünə görə virus mənbəyi it, pişik, inək, qoyun, keçi və s. olub. İndiki “Covid-19” koronavirusun yarasadan keçdiyi bildirilir. Amma bu sahədə bilgilərimiz az olduğu üçün araşdırmalar aparılmalıdır. İndiki halda virusun quşlara keçmə riski də ehtimal olunur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR