Slimfit
  1. CƏMİYYƏT

Koronavirusun gətirdiyi “MƏCBURİ DƏB”

Koronavirusun gətirdiyi “MƏCBURİ DƏB”
Sakura

“Əgər işçi evdə və ya ofisdə kompyuter qarşısında eyni işi görə bilirsə, deməli, məkanın elə də ciddi…

Ens.az xəbər verir ki, bu sözləri Yenicag.az-a açıqlamasında koronavirus pandemiyası dövründə əksər insanların evdən işləməsinin faydalılıq əmsalına təsirlərini şərh edən “Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı deyib.

Lalə Mehralının fikrincə, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan cəmiyyəti əmək fəaliyyətini evdən həyata keçirməyə hazır olmamaqla yanaşı, həm də bunda maraqlı deyil. Çünki işləyən insanlar psixoloji olaraq, evdən işləməyin onların maaşlarının azalmasına səbəb olacağını düşünürlər:

“Dünyanın bir çox ölkələrində evdən işləmək rejiminə daha çox üstünlük verilir. Çünki bu halda ofis xərcləri minimuma endirilir, işçinin yol və gündəlik yeməyə pulu çıxmadığı üçün onlara daha az məvacib verilir.

Əgər işçi evdə və ya ofisdə kompyuter qarşısında eyni işi görə bilirsə, deməli, məkanın elə də ciddi əhəmiyyəti yoxdur. Lakin Azərbaycanda evdən işləmək rejiminə soyuq yanaşılır. Çünki əksər insanların evdən işləmək üçün uyğun şəraiti yoxdur.

Məsələn, şəxsi kompyuter və ya sürətli internet əlçatan olmaya bilər. Həmçinin yaşadığı mənzildə özünə iş masası ayırmaq imkanı olmayan şəxslər də evdən işləməyə çətinlik çəkirlər.

Digər tərəfdən, evdən işləyən işçinin əməkhaqqının kəsilmə ehtimalı da onu daim narahat edir. Karantin dövründə gördük ki, bir sıra şirkətlərdə işçi evdən işlədiyi üçün maaşının 40, 50, yaxşı halda isə 70 faizi ödənilir.

Ona görə də Azərbaycanda evdən işləməyin sərfəli olmadığı qənaəti yaranıb. Amma yenə deyirəm, münasib şərait olduğu halda, faydalılıq baxımından, ofisdən və ya evdən işləmək arasında ciddi fərq yaranmır”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR