Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusun faydaları açıqlanıb

Koronavirusun faydaları açıqlanıb
Sakura

Doktor Myasnikov koronavirusun faydalarından danışıb

 

Rusiyanın "Россия 1" kanalında yayımlanan "Ən vacib şey haqqında" verilişindən doktor Myasnikov kimi tanınan məşhur həkim Aleksandr Myasnikov Çin koronavirusu - SARS-CoV-2-nin dünyaya yayılmasından qorxmamağa çağırıb. O özünün Telegram kanalında xəstəlik qorxusunu niyə mənasız hesab etdiyini izah edib.

Onun fikrincə, COVID-19 sətəlcəminə səbəb olan virus epidemiyası mətbuatda işıqlandırılmasa və həkimlər heç bir fövqəladə səy göstərməsəydilər, "dünya sadəcə bunu sezməzdi." Myasnikov öz mövqeyini xəstə və ölənlərin sayının çox olmasına baxmayaraq, hər il qrip və digər virus infeksiyaları ilə xəstələnınlərlə müqayisədə az olması ilə əsaslandırıb.

"Hazırda ciddi bir panika yaşanır. Düşünürəm ki, yaxşı təşkil olunmuş bir panika. Tezliklə havalar istiləşəcək və hər şey aradan qalxacaq. Bu tip virusa qarşı immunitet qalacaq və başqa birini gözləyəcəyik "deyə mütəxəssis əmindir. O, koronavirusun bəşəriyyət üçün faydalı olduğuna inanır. "Dünya əsl pandemiyaya hazır olmadığını, daha ağıllı və daha sayıq olmağın gərəkdiyini gördü" deyib Myasnikov.

Daha əvvəl Myasnikov ruslar üçün koronavirusun yayılmasında üstünlük tapmışdı. Onun sözlərinə görə, xəstəlik haqqında məlumatların ortaya çıxması səbəbindən qorxu içində olan insanlar əllərini yumaq və maskalar taxmaq da daxil olmaqla sağlamlıqlarını yaxından izləməyə başlayıblar.

Ens.az bildirir ki, ümumilikdə dünyada 92.1 mindən çox insan COVID-19 sətəlcəm xəstəliyinə tutulub. Bunlardan 3.1 mini dünyasını dəyişib, 48 mindən çoxu isə sağalıb. Xəstəliyin əlamətləri, demək olar ki, 70 ölkədə qeydə alınıb. Rusiyada hələlik cəmi altı hadisə qeydə alınıb.

 

 

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR