Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusun daha bir növü aşkarlandı - BtCoV koronavirusu

Koronavirusun daha bir növü aşkarlandı - BtCoV koronavirusu
Sakura

Hind alimləri yarasalarda koronavirusun daha bir tipini tapdılar

Ens.az bildirir ki, Hindistan Tibb Tədqiqatları Şurasının (ICMR) alimləri ölkədə yaşayan yarasalarda təhlükəsi hələ öyrənilməmiş yeni bir koronavirus aşkar ediblər.

Söhbət turistlər arasında populyar olan Kerala və Tamil Nadu ştatlarında, Pondiçerry İttifaqı ərazisində, habelə Himaçal- Pradeş ştatının şimal əyalətində yarasalarda aşkar olunan BtCoV koronavirusundan gedir. Tədqiqat üçün alimlər iki növdən 25 fərd seçib: uçan tülkülər və gecə yarasaları.

Hindistan Milli Virusologiya İnstitutunun əməkdaşı, doktor Pryaqya Yadavın sözlərinə görə, bu yeni koronavirusun insanlar üçün nə qədər təhlükəli olduğunu öyrənmək qalır. İndiyə qədər onun insanlarda xəstəliklərə yol aça biləcəyinə dair birmənalı sübut yoxdur.

"Əminliklə deyə bilərik ki, yarasa koronavirusunun mövcud pandemiyanı doğuran SARS-CoV2 virusu ilə heç bir əlaqəsi yoxdur" deyə tədqiqatçı bildirib.

O əlavə edib ki, 2018-2019-cu illərdə eyni növ yarasalarda Nipah virusu aşkarlanıb, onlardan yoluxmuş insanların 70 faizi ölür.

Mənbə: ria.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR