Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusu denqe qızdırması ilə nə bağlayır?

Koronavirusu denqe qızdırması ilə nə bağlayır?
Sakura

Koronavirusu denqe qızdırması ilə nə bağlayır?

Sinqapur alimləri COVID-19-un yeni simptomlarını aşkar edib.

Publika.az xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

Bu simptomların xəstədə denqe qızdırmasının olması ilə bağlı səhv təsəvvür meydana gətirdiyi ifadə edilib. Koronavirusa yoluxmuş xəstədə qaşınma, səpki və hərarət ola bilər. Bu vəziyyətdə COVID-19 üçün xarakterik olan simptomlar iştirak etməyəcək.

Tədqiqatçıların fikrincə, denqe qızdırmasında hətta analizlər bəzən yanlış müsbət nəticələr göstərə bilər. Odur ki, mütəxəssislər həkimləri koronavirus diaqnozuna ciddi yanaşmağa dəvət edib. Vurğulanıb ki, düzgün olmayan müalicə həm xəstənin, həm də başqalarının həyatını təhdid edir.

Hərarət, halsızlıq və bəlğəmli öskürək isə yeni tip virusun əsas əlamətləri olmağa davam edir.

ABŞ-ın Cons Hopkins Universitetinin layihəsində əldə edilən son məlumatlara görə, dünyada 113 mindən çox koronavirus infeksiyası yayılıb, bunun təqribən 80,7 mini Çində qeydə alınıb. Dünyada 4024 nəfər yoluxma qurbanı olub, 64 mindən çoxu isə sağalıb.

Aytən Məftun

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR