Slimfit
  1. CƏMİYYƏT

Koronavirusla mübarizə üçün hər ay 3 900 manat köçürəcək

Koronavirusla mübarizə üçün hər ay 3 900 manat köçürəcək
Sakura

Koronavirusla mübarizə üçün hər ay 3 900 manat köçürəcək

Hazırda təqaüddə olan, Şamaxının keçmiş millət vəkili, səksən yaşlı Elxan Süleymanov Prezident İlham Əliyevin çağırışına qoşularaq, 2020-ci ilin sonuna qədər təqaüdünü tam həcmdə Koronovirusla Mübarizəyə Dəstək Fonduna keçirəcəyini bəyan edib. 

Yenisabah.az xəbər verir ki, 0, Azərbaycan xalqına səslənərək qeyd edib: "Sevincimizi və dərdlərimizi gəlin birgə bölüşək".

E.Süleymanov bugündən etibarən ilin sonunadək qarşıdakı bütün aylarda təqaüdünü (hər ay üçün 3900 manat) davamlı olaraq Fonda köçürəcək.

Elxan Süleymanov bu qərarı ilə cənab Prezidentin rəhbərliyi altında xalqımızın sağlamlığının və rifahının qorunması istiqamətində həyara keçirilən məqsədyönlü tədbirlərə öz dəstəyini ifadə etdiyini bildirib.

Qeyd edək ki, onun uzunmüddətli əmək və deputatlıq fəalliyəti ilə əlaqədar bir aylıq təqaüdünün məbləği 3900 manat təşkil edir, illik təqaüdünün həcmi ümumilikdə 50 min manata yaxın vəsait deməkdir.

da xatırladır ki, 2010-2020-ci illərdə Şamaxının millət vəkili olmuş Elxan Süleymanov bütün bu 9 il ərzində parlamentdən deputatlıq fəaliyyəti ilə bağlı aldığı əməkhaqqını və digər xərclər üçün olan ödəmələri tam həcmdə Şamaxı rayonunda məktəblərin tikintisinə və təmirinə, kəndlərə su çəkilməsinə, abidələrin bərpasına, Qəhrəman analara, Qarabağ müharibəsi iştirakçılarına müavinətlərin, Şamaxı məktəblilərinə və yüksək balla ali təhsil ocaqlarına qəbul olmuş məzunlara fəxri təqaüdlərin ödənməsinə, vətəndaşların digər sosial problemlərinin həllinə yönəldib.

 

E.Süleymanov 40 ildən artıqdır ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR