Slimfit
  1. İDMAN

Koronavirusla əlaqədar Qətər Qran-prisi ləğv edildi

Koronavirusla əlaqədar Qətər Qran-prisi ləğv edildi
Sakura

Koronavirusla əlaqədar Qətər Qran-prisi ləğv edildi

MotoGP üzrə martın 8-də keçirilməli olan Qətər Qran-prisi ləğv edilib.

"Report"un məlumatına görə, buna koronavirus epidemiyası səbəb olub. Bildirilib ki, koronavirusun dünyada yayılması Qətərin digər ölkələrlə, o cümlədən İtaliya ilə əlaqəsini məhdudlaşdırıb: "İtaliyadan gələn bütün sərnişinlər 14 günlük karantindən keçməlidirlər. Əlbəttə, İtaliya MotoGP-də əsas rol oynayır. Buna görə bütün yarışların ləğv edilməsi qərara alındı".

Moto2 ilə Moto3 pilotları sınaq üçün Qətərdədir. Bu yarışların 6 - 8 martda keçirilməsi planlaşdırılıb. 

Qətərdəki MotoGP ləğv olunduğu üçün mövsümün ilk mərhələsi 20 - 22 martda Taylandda keçirilməli idi. Lakin bu yarış qeyri-müəyyən vaxta təxirə salınıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR