Slimfit
  1. DÜNYA

Koronavirusla bağlı buraxılan qorxulu səhv

Koronavirusla bağlı buraxılan qorxulu səhv
Sakura
:0

Koronavirusla bağlı buraxılan qorxulu səhv

Fransanın Eks-Marsel Universitetinin alimləri koronavirusun məhv olduğu temperaturu açıqlayıblar.

Tədqiqatın nəticələri “bioRxim” portalında dərc olunub.

Təcrübə zamanı koronavirus ştammı həm steril boruya, həm də biomaterial olan boruya yerləşdirilib. Bundan sonra hər iki nümunə bir saat ərzində 60 dərəcəyə qədər qızdırılıb. Məlum olub ki, steril olmayan nümunədəki virus çoxalmaqda davam edib.

Nümunəni 15 dəqiqə ərzində 92 dərəcəyə qədər qızdırdıqdan sonra virusu tamamilə məhv etmək mümkün olub.

Qeyd olunur ki, əksər laboratoriyalarda dezinfeksiya işləri materialların bir saat ərzində cəmi 60 dərəcə qızdırılması ilə aparılır. 

Mart ayında Honkonq Universitetinin alimləri koronavirusun xüsusilə aktiv olduğu temperaturu açıqlamışdılar. Məlum olmuşdu ki, virusun “sevimli” temperaturu 0-4 dərəcədir. Dezinfeksiya aparılmayacağı təqdirdə virus 14 gün aktiv qalır.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR