Koronavirusa yoluxanlara bir bəd xəbər daha – Saçlarınız töküləcək
Virusla qarşılaşan istənilən şəxs bədən temperaturunun 37,5-yə qalxması ilə bağlı saçlarını itirməyə başlayır.
Koronavirus infeksiyasına yoluxan pasientlər keçəlləşmədən şikayət edirlər.Ens.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan "The Sun" nəşrinə istinadən xəbər verir.
Belə ki, martda koronavirusa yoluxan 30 yaşlı Qreys Dadli öz saçlarının yarıdan çoxunun töküldüyünü bildirib. Bu səbəbdən o ömrünün sonuna kimi parik taxmalı olacaq: "Hər gün saçlarımı darayanda onlar böyük həcmdə tökülürdülər. başımda müəyyən keçəlləşmələr var. Əvvəllər isə saçlarım uzun və sıx idi".
Həkimlər bildiriblər ki, Dadli ölüm ayağında idi və ona görə də onun orqanizmi həyatı təmin edən funksiyalara enerjini saxlamaq üçün saç follikullarını bloklamağa başlayıb.
COVİD-19-a yoluxub sağalan xəstələrə dəstək qrupunun yaradıcısı Luiza Barns vurğulayıb ki, o da daxil olmaqla qrup üzvlərinin 1/3-ü qismən keçəlləşmədən əziyyət çəkir.
İddia olunur ki, saçların tökülməsi koronavirus infeksiyasının əsas simptomlarından biri – yüksək temperaturun göstəricisdir.
"Virusla qarşılaşan istənilən şəxs bədən temperaturunun 37,5-yə qalxması ilə bağlı saçlarını itirməyə başlayır. Çünki onların təbii böyümə dövrü pozulur. Bu problem müvəqqəti xarakter daşıyır", - deyə həkim Araqon Cuzeppe qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət