Slimfit
  1. MEDİA

Koronavirusa yoluxan diaspor sədri: “Fransa xəstəxanalarında vəziyyət acınacaqlıdır”

Koronavirusa yoluxan diaspor sədri: “Fransa xəstəxanalarında vəziyyət acınacaqlıdır”
Sakura

Koronavirusa yoluxan diaspor sədri: “Fransa xəstəxanalarında vəziyyət acınacaqlıdır”

“Əvvəlki sağlamlığıma hələlik tam olaraq qovuşa bilməmişəm"

Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın “Report”un yerli bürosuna müsahibəsi.

- Koronavirus Sizdən də yan keçmədi. Hazırda özünüzü necə hiss edirsiniz?

- Həkimlər bir neçə gün öncə virusdan tamamilə sağaldığımı təsdiqlədilər. Bununla bağlı sənəd almışam. Xəstəliyin bütün simptomları keçib getsə də fiziki gücümü əvvəlki kimi toplamağa nail olmamışam. Bu özünü fiziki işlər görərkən göstərir. Əvvəlki sağlamlığıma hələlik tam olaraq qovuşa bilməmişəm.

- Virusa yoluxduğunuzu necə bildiniz?

- Öncə özümü çox yorğun və enerjisiz hiss etməyə başlamışdım. Düşünürdüm ki, bu baş verənlər üzündən keçirdiyim narahatlıqların nəticəsidir. Xüsusilə panikaya düşmək istəmirdim. Lakin sonradan digər simptomlar özünü göstərdi, baş, boğaz və sümük ağrıları, təngənəfəslik başladı. Bu zaman xəstəxanaya müraciət etdim və məndə COVID-19 aşkarlandı.

- Müalicə kursu çox ağır keçdi?

- Xəstəxanalarda vəziyyət çox gərgin olduğu üçün yalnız vəziyyəti ağır olan xəstələrin qalmalarına şərait yaradılır. Bu səbəbdən də mən ev şəraitində, karantin rejimində xlorikin və azotrimisin adlı dərmanlarla müalicə aldım. Hər gün vitamin, təbii ədviyyatlardan istifadə edərək immunitetimi gücləndirməyə çalışırdım. Digər tərəfdən də qorxmaq və panikaya düşmək immuniteti aşağı salır. Bu səbəbdən də xoş əhval-ruhiyyəmi qoruyub saxlamağa çalışırdım. Belə bir vəziyyətdə, yəni virusun hər yanı bürüdüyü və iqtisadi böhran səbəbindən insanların təşvişə düşdüyü dövrdə bu elə də asan baş gəlmir. Çox çalışdım ki, güclü olum. Bu sağalmaq üçün ən vacib şərtlərdən biridir.

- Virusa yenidən tutulmamaq üçün hansı tədbirlər görürsünüz?

Yeni virusla bağlı Fransada müxtəlif fərziyələr mövzuddur. Bu səbəbdən çalışırıq yalnız elmi yazılara və rəsmi məlumatlara inanaq. Bu virusa tutulub sağalanların yenidən tutulmaq ehtimalının olduğu bildirilir. Ona görə də qayda-qanuna maksimum riayət etməyə, evdən bayıra çıxmamağa çalışıram. Vacib olada çıxdığım zaman isə əlcək və maskadan istifa edirəm. Nə qədər ki, peyvənd və dərman tapımayıb ehtiyyatlı olmaq və gigiyena qaydalarına riayət etmək çox vacibdir.

- Fransadakı xəstəxanalarda nələr müşahidə etdiniz? 

- Burda virusla bağlı olaraq xəstəxanadakı vəziyyət çətin və acınacaqlıdır. Birdəfəlik geyimlər və maskalar tükənib. Tibb işçiləri sellofon zibil torbalarından belə istifadə etmək məcburiyyətindədirlər. Bu vəziyyəti özüm gözlərimlə gördüm. Vəziyyətin nə qədər çətin olduğuna, tibb içşilərinin nə dərəcədə yorğun olduqlarına şahid oldum. Vəziyyət elə də ürəkaçan deyil.

- Fransada virusa yoluxan digər azərbaycanlıların vəziyyəti necədir? Azərbaycanın Fransadakı səfirliyinin soydaşlarımızın üzləşdikləri problemlərin həlli ilə bağlı fəaliyyətini necə qiymətləndirirsiniz?

Artıq Fransada koronavirusa yoluxan azərbaycanlı yoxdur. Bu müsbət haldır. Azərbaycanın Fransadakı səfirliyində bir müddətdir ki, "Qaynar xətt" fəaliyyət göstərir. Həmvətənlərimiz onları narahat edən və maraqlandıran məsələlər barədə səfirliyin "Qaynar xətt"i və konsulluq şöbəsinin nömrələri vasitəsilə məlumat ala bilirlər. Səfirliyimiz pandemiya başladığı vaxtdan Fransanın aidiyyatı qayda-qanunları Azərbaycan dilinə tərcümə edilərək mütəmadi olaraq sosial şəbəkələr vasitəsilə yayılır.

- Fransada karantin rejimi virusla mübarizədə səmərə verirmi? 

- Karantin rejimi virusuna yoluxmanın qarşısını almaq üçün vacibdir və bu Fransada özünü artıq doğruldub. Xəstəxanalarda, xüsusilə reanimasiyalarda yerlərin məhdud olması və xəstələrin hamısının müalicəsinə imkan olmaması səbəbindən ölənlərin sayı artır. Karantin rejiminin müsbət tərəfi ondan ibarətdir ki, dövlətə bu tibbi böhrandan çıxmaq üçün müvafiq tədbirləri təşkil edə bilməsi üçün vaxt verir.

- Fransa virusun geniş yayıldığı və qurbanlarının həddindən artıq çox olduğu dövlətlərdəndir. Bunun səbəbi nədir?

Krantin rejiminin tətbiq edilməsində və virusun yayılmasının qarşısını alacaq müvafiq tədbirlərin görülməsində çox yubanıldı. Fransada karantin rejimi elan edildiyi zaman artıq virus yayılmışdı və ölənlərin sayı çoxalmışdı. Bu yubanmanın da səbəbi bir tərəfdən dövlətin belə bir tibbi böhrana hazır olmaması, digər tərəfdən də cari ilin mart ayında keçirilməlisi planlaşdırılan bələdiyyə seçkiləri oldu. Tədris ocaqları da çox gec bağlanıldı ki, bütün bu yubanmalar virus qurbanlarının sayının bu dərəcədə çox olmasına gətirib çıxartdı.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR