Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusa qarşı sarımsaqdan istifadə tövsiyəsi çox sadəlövh yanaşmadır

Koronavirusa qarşı sarımsaqdan istifadə tövsiyəsi çox sadəlövh yanaşmadır
Sakura

Moskva Səhiyyə İdarəsi: yoluxucu xəstəliklərə qarşı mübarizədə sarımsağın faydaları sübut olunmayıb

Sarımsaq bir sıra ölkələrdə müxtəlif yoluxucu xəstəliklərə qarşı ən yaxşı müalicə vasitələrindən biri sayılır. Eyni zamanda, həkimlər bu məhsulun həqiqətən antivirus təsir göstərdiyinə dair heç bir dəlil olmadığını söyləyirlər.

Sarımsaq dərman bitkiləri siyahısına daxil edilmir və buna görə praktik səhiyyə işində istifadə edilə bilməz. Bu sözləri rusiyalı həkimlər bildirib.

Düzdü, onlar adı çəkilən məhsulda həqiqətən iltihab əleyhinə təsirə və bir sıra bakteriyaların böyüməsinə maneə törətməyə imkan verən bioloji aktiv maddələrin olduğunu inkar etmirlər. Lakin elm adamlarında kifayət qədər sübut yoxdur.

Bundan əlavə, sarımsaq bağırsaq, böyrək və mədə xəstəlikləri olan xəstələr üçün tövsiyə edilmir.

Yalnız sarımsaq yemək və yoluxucu xəstəliklərin keçəcəyini ümid etmək çox sadəlövh yanaşmadır. Məsələyə kompleks yanaşılmalı, xüsusilə C vitamini ilə zəngin qidalarla tam və balanslı şəkildə qidalanmaq lazımdır.

 

Mənbə: www.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR