Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusa kimlər yoluxmur?

Koronavirusa kimlər yoluxmur?
Sakura

Koronavirusa kimlər yoluxmur?

Bəzi insanlar xəstə olanlarla yaxın təmasda olsa belə, koronavirusa yoluxmurlar.

Ens.Az e-tibb.az-a istinadən bildirir ki, Rusiya saytlarının verdiyi məlumata görə, COVID-19-a yoluxmayan, koronavirusa qarşı immunitetli insanlar tapılıb. Alimlər bu fenomeni tam izah edə bilmirlər. Araşdırma zamanı hətta "qırmızı zona"da işləyən bəzi həkimlərin yüzlərlə xəstə ilə təmasda olmasına baxmayaraq, koronavirusa yoluxmadığı müəyyən olunub. Bəzi həkimlərdə koronavirusa qarşı antitel də tapılmayıb. Bu isə o deməkdir ki, onlar hətta yüngül formada da olsa, koronavirus keçirməyiblər. Tədqiqatçıların fikrincə, belə insanların araşdırılması koronavirusla mübarizədə universal bir vasitə tapılmasına səbəb ola bilər. İmmunoloqlar qeyd edib ki, koronavirusa qarşı ən çox immuniteti olanlar 70 yaşdan yuxarı insanlar və uşaqlardır. Alimlər hesab edir ki, yaşlı insanlar nəvələri ilə ünsiyyət nəticəsində bu virusa qarşı immunitet qazanır. Bu, tədricən kollektiv immunitetin formalaşmasına kömək edir. Bundan əlavə, yaşlı insanlar özlərini təcrid etməkdə daha dəqiqdirlər.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 20 milyonu ötüb. Payızda xəstəliyin ikinci dalğasının başlayacağı proqnozlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR