Slimfit
  1. GÜNDƏM

Koronavirusa görə girişi ləğv edən və ya məhdudlaşdıran ölkələr : siyahı

Koronavirusa görə girişi ləğv edən və ya məhdudlaşdıran ölkələr : siyahı
Sakura

Ölkələr uçuşları ləğv edir və sərhədləri bağlayır

Hər gün dünyada COVID-19 qurbanlarının sayı artır. Koronavirusun yayılmasının qarşısını almaq üçün bir çox ölkədə sərhəd keçid qaydaları sərtləşdirilib.

Ens.az saytı giriş məhdudiyyətlərinin tətbiq olunduğu və hava nəqliyyatının bağlandığı ölkələr barədə geniş məlumatı təqdim edir.

İtaliyada karantin

İtaliya Avropada koronavirus infeksiyasına yoluxmuş insanların sayına görə liderdir (9 mindən çox xəstə, 463 ölü). Hakimiyyət, martın 9-dan bu yana ölkənin bütün bölgələri üzrə sərt karantin rejimi tətbiq edib.

Ciddi və əsaslandırılmış səbəb olmadan ölkəyə giriş və İtaliyanın hüdudlarından kənara çıxmaq qadağandır. Bir çox ölkədən olan özəl və milli aviakompaniyalar İtaliyaya uçuşların dayandırıldığını açıqlayıb.

İsrail

İsraildə gələn hər bir kəs iki həftəlik karantinə əməl etməlidir. Bu həm turistlərə, həm də ölkə sakinlərinə aiddir. Baş nazir Benyamin Netanyahu, bu tədbirin sərhədi keçən bütün vətəndaşlar üçün məcburi olduğunu söyləyjb.

Bundan əvvəl, İsrail hakimiyyəti İtaliya vətəndaşlarının ölkəyə girişini qadağan etmişdi, bundan başqa milli El Al aviaşirkətinin Pekin, Honq Konq və Tailanda olan bütün uçuşları da ləğv olunub.

Qətər

Qətər 14 dövlətin vətəndaşları üçün ölkəyə girişi məhdudlaşdırıb. Koronavirusun yayılması səbəbindən Çin, Misir, Hindistan, İran, İraq, Livan, Banqladeş, Nepal, Pakistan, Filippin, Cənubi Koreya, Şri- Lanka, Suriya və Tailanddan olan insanlar Qətərə girə bilməzlər.

Səudiyyə Ərəbistanı

Bütün xarici zəvvarlar üçün Məkkə və Mədinəyə ziyarət qadağan edilib. Səudiyyə Ərəbistan Xarici İşlər Nazirliyi, həmçinin, koronavirusun yayıldığı ölkələrdən turistlərin girişini məhdudlaşdırmaq niyyətində olduqlarını açıqlayıb. İran, Bəhreyn, Çin ilə uçuşlar təxirə salınıb.

Monqolustan

Martın 28-dək Monqolustan ərazisinə əcnəbilərin avtomobillə girişinə qadağa tətbiq ediləcək. Həmçinin müntəzəm hava və dəmir yolu xidmətləri tamamilə ləğv edilib. Bundan əlavə, martın 16-na qədər ölkə daxilində şəhərlərarası gediş-gəliş məhdudlaşdırılıb. Bu, ictimai və özəl nəqliyyata aiddir.

Qazaxıstan

Qazaxıstan hakimiyyəti İtaliya, Almaniya, Fransa, İspaniya, İran, Cənubi Koreya və Çin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub. Həmçinin, yerli aviaşirkətlər Azərbaycanla hava əlaqələrini məhdudlaşdırıb.

Moldova

COVID-19 yayılması ilə əhatə olunan ölkələrdən Moldovaya uçan təyyarələrə xarici vətəndaşlar buraxılmayacaqlar. Martın 11-dən etibarən risk zonalarından yalnız Moldova vətəndaşları Kişinyova qayıda biləcəklər.

Avstriya

Avstriyaya giriş qadağası İtaliya vətəndaşları üçün etibarlıdır. İtalyanlar yalnız koronavirusun olmadığını təsdiqləyən bir sertifikat olduqda bu ölkəyə girə biləcəklər.

İspaniya

İspaniyada, koronavirus səbəbiylə, İtaliyaya birbaşa uçuşlar 11-25 mart 2020-ci il tarixləri üzrə tam dayandırılıb.

Anqola

Yeddi ölkədən (Çin, Cənubi Koreya, İtaliya, İran, Nigeriya, Misir, Əlcəzair) səyahət edənlər Anqolaya gedə bilməyəcəklər.

Serbiya

Serbiyada, İtaliya, İran, İsveçrə, Cənubi Koreya və bəzi Çin əyalətlərindən gələnlər üçün sərhədlər bağlıdır.

ABŞ

ABŞ-da giriş qadağası, son iki həftə ərzində epidemiyaya yoluxmuş İrana səfər etmiş bütün xarici vətəndaşlara şamil olunur. Həmçinin, amerikalılara Cənubi Koreya, Çin və İtaliyaya getməmələri tövsiyə olunur.

Tacikistan

Koronavirusun yayılması səbəbindən 35 ölkənin sakinləri Tacikistana girə bilməyəcəklər. Bunlar Çin, Yaponiya, Cənubi Koreya Respublikası, Vyetnam, Sinqapur, Avstraliya, Malayziya, Kamboca, Filippin, Tailand, Nepal, Şri Lanka, Hindistan, Finlandiya, İtaliya, Böyük Britaniya, İspaniya, İsveç, Belçika, İsrail, Avstriya, Xorvatiya, İsveçrə, ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Misir, İran, Livan, Küveyt, Bəhreyn, Oman, Əfqanıstan və İraq vətəndaşlarıdır.

Rusiya

Rusiya hakimiyyəti hələ fevral ayından Çin və İran vətəndaşlarına giriş qadağası tətbiq edib. Martın əvvəlində isə Moskvada "yüksək hazırlıq rejimi" elan edilib və buna görə Cənubi Koreya, İran, İtaliya, Fransa, Almaniya, İspaniya, İsveçrə, İngiltərə, Norveç və ABŞ-dan qayıdanların hamısı 14 gün evdə karantində olmalıdır.

Polşa

Polşada koronavirusun yayılmasının qarşısını almaq üçün sərhəd nəzarəti gücləndirilib. Martın 10-da temperatur ölçmə və xüsusi kart doldurmaqla ölkəyə gələnlərin hamısı üçün məcburi tibbi müayinə tətbiq olunub.

Ukrayna

Ukrayna milli aviaşirkəti UIA 16 ölkədən uçuşların ləğv olunduğunu elan edib. Bundan əlavə, Xarici İşlər Nazirliyi ukraynalılara koronavirusun baş verdiyi bölgələrə səyahət etməməyi tövsiyə edir.

Mənbə: www.rbc.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR