Dərc edildi: Baxış sayı: 805
Koronavirus vaksinləri üzrə beynəlxalq tərəfdaşlığa 172 ölkə qoşulub
Bütün ölkələrin ədalətli şəkildə koronavirus vaksinləri ilə təmin olunması məqsədi daşıyan COVAX beynəlxalq mexanizminə 172 ölkə qoşulub.
Ens.az Trend.Az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus brifinq zamanı deyib.
O bildirib ki, ötən həftə bütün ölkələrə koronavirus vaksinlərinin hazırlanmasının sürətləndirilməsi üzrə tərəfdaşlığa qoşulmaq xahişi ilə məktub göndərilib:
“Bu günə olan vəziyyətə görə, 172 ölkə COVAX mexanizmində iştirak edir. Biz bütün ölkələrə vaksinlərin ədalətli paylanması üçün bütün vaksin istehsalçıları ilə işləyirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət