Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus ürəyə necə təsir göstərir?

Koronavirus ürəyə necə təsir göstərir?
Sakura
:7

Alimlər koronavirusun ürəyə necə təsir etdiyini müəyyən ediblər

Ens.az bildirir ki, Amerika alimləri tərəfindən MedicalXpress-də dərc edilmiş bir araşdırmada Koronavirusun ürəyin işinə mənfi təsir göstərə biləcəyi qeyd olunur.

Mayo Tibbi Təhsil və Elmi Tədqiqat Fondunun mütəxəssisləri, xəstəliyin ağır gedişi zamanı ürək fəaliyyətində zəifləmə müşahidə edildiyini bildirib. Bəzi xəstələrdə bu dəyişikliklər iltihab reaksiyasının nəticəsidir, digərlərində isə ürək əzələsində COVID-19 ocağının meydana gəlməsi səbəbindən baş verir.

Tədqiqatçıların fikrincə, yoluxmuşların ürək-damar sisteminin işi ilə əlaqəli iki problemi var: ürək çatışmazlığı və aritmiya. Bunlar koronavirus infeksiyasını müalicə etmək üçün qəbul edilən dərmanların yan təsirləri nəticəsində yarana bilər.

Buna baxmayaraq, elm adamları hələ də bu cür dərmanların ürəyin işinə mənfi təsir göstərə biləcəyi barədə dəqiq məlumat tapa bilməyiblər və həkim başqa bir göstəriş verməsə xəstələrə dərmanları istifadə etmələrini tövsiyə edirlər.

Mənbə: ria.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR