Dərc edildi: Baxış sayı: 2515
Bu şəhərdə qapılar möhürlənib, insanlar evdə can verir
Çində koronavirusun yayıldığı Vuhan və ətraf şəhərlərdəki vəziyyətlə bağlı dəhşətli iddia ortaya atılıb.
KONKRET.az xəbər verir ki, təhlükəsizlik əməkdaşları virusa yoluxan insanların evdən çıxmasına imkan vermir. Onlar məcburi olaraq evlərində saxlanılır. İddialara görə, evlərin qapıları onların üzərinə bağlanılıb.
Sosial mediada yayılan görüntülərdə insanların olduğu evin qapısının çöldən möhürləndiyi əks olunub. Möhürün üzərində isə “Təmas etməyin” sözləri yazılıb.
Qeyd edək ki, 15-dən çox ölkəyə yayılan koronavirus nəticəsində Çində 170-dən çox insan həyatını itirib. Minlərlə insan virusa yoluxub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət