Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus: tibb işçiləri necə yoluxurlar və niyə xüsusilə ağır formada keçirirlər

Koronavirus: tibb işçiləri necə yoluxurlar və niyə xüsusilə ağır formada keçirirlər
Sakura

Koronavirus: tibb işçiləri necə yoluxurlar və niyə xüsusilə ağır formada keçirirlər

Covid-19 ilə mübarizə bütün dünyada tibb işçilərinə çox baha başa gəlir. Ens.az saytı bildirir ki, koronavirus yayıldığı vaxtdan bəri minlərlə tibb işçisi virusa yoluxub və onlardan ölənlərin sayı durmadan artır.

Qoruyucu kostyumlar və maskalara baxmayaraq həkimlər, tibb bacıları, tibb və digər xəstəxana işçiləri ən həssas qruplar sırasındadır. Onlar xəstəliyi də ən ağır formada keçirirlər.

Niyə belə olur?

Virus gərginliyi

Mütəxəssislərin fikrincə, bu, əsasən onları əhatə edən virusun konsentrasiyası ilə əlaqədardır.

Bədənə daxil olduqdan sonra virus hüceyrələri yoluxdurur və özünü çoxaltmağa və nüsxələrini (kopyalarını) yaratmağa başlayır. Bu nüsxələr yaxın bir neçə gün ərzində insan bədənində yığılaraq xəstənin vəziyyətini ağırlaşdırır. Virusun konsentrasiyası nə qədər yüksək olarsa, onunla əlaqəli xəstəlik forması bir o qədər ağır olur və xəstə bir o qədər yoluxucu olur.

"Məndə nə qədər çox virus varsa, onu başqalarına ötürmə ehtimalı daha yüksəkdir" London İmperial Kollecindəki Yoluxucu Xəstəliklər İnstitutunun professoru Uendy Barklay izah edir. Həkimlər yoluxmuş şəxslə yaxınlıqdadırlar və sadəcə yoluxmağa deyil, virusu böyük dozada almağa meyllidirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Çinin Uhan şəhərində tamam başqa məqsədlə əməliyyat aparılan xəstələrdən biri 14 tibb işçisini yoluxdurmuşdu, baxmayaraq ki, o dövrdə həmin pasientdə heç bir koronavirus simptomları yox imiş.

"Hətta çox sağlam bir insanın immunitet sistemi bütün bu viruslarla çətinliklə mübarizə aparır. Virus bədənə nə qədər çox keçirsə, onunla immunitet arasında mübarizə daha da güclü gedir" deyən professor Barklay, "Heyvanlar üzərində təcrübə keçirsəniz, onları virusun müxtəlif dozaları ilə yoluxdursanız görəcəksiniz ki, ən çox virus alanların durumu daha ağır olacaq".

COVİD-19 orqanizmə necə keçir

Covid-19 virusu yuxarı tənəffüs yollarında oturub nəfəs və ya öskürək yolu ilə yayıla bilər.

"Nəfəs aldıqda və ya danışdığımızda hər dəfə udlağımızdan havaya damcılar düşür" Uendy Barklay deyir. Bu damcıların bəziləri səthə yerləşir, buna görə məsafəni qorumaq və əl yumaq tələbləri bu cür ciddi şəkildə tələb olunur. İnsanın yoluxması üçün belə mühitdə nə qədər nəfəs alması və ya həmin damlalar düşən səthə nə qədər toxunması lazım olduğu məlum deyil.

"Çox yaxşı öyrənilən qrip virusu halında, infeksiyanın başlaması üçün üç hissəciyin bədənə daxil olması kifayətdir. Hələ ki, Sars-CoV-2 (Covid-19) dozasının nə qədər olması məlum deyil, bəlkə də eyni cürdür." izah edir mütəxəssis.

Ön xətdə risk

Haı-hazırsa viruslu mühitdə olan tibb işçiləri üçün riskləri dəqiq ölçmək mümkün deyil. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yalnız müəyyən məlumatları var ki, bunlardan müəyyən nəticələr çıxarmaq olar. Məsələn, 2002-2003-cü illərdə SARS-ın yayılması zamanı dünyadakı bütün təsdiqlənmiş yoluxma hallarının 21% -i tibb işçilərinin payına düşürdü.

Oxşar statistika indi də özünü göstərir. Məsələn, İtaliyada 6,200-dən çox virusa yoluxmuş həkim var. Ölkədəki xəstələrin ümumi sayı isə 120 mindən çoxdur. İspaniyada hazırda Covid-19 olan 6500-dən çox tibbi personal var ki, bu da yoluxmuşların ümumi sayının 12% -ni təşkil edir. Martın əvvəlində Çin, təxminən 3300 xəstə həkim və xəstəxana işçisi olduğunu bildirmişdi. Bu rəqəm bütün təsdiqlənmiş halların 4-12% -ni təşkil edir. Böyük Britaniyanın səhiyyə məmurlarından biri BBC müsahibəsində, ölkənin bəzi xəstəxanalarında işçilərin 50% -ə qədərinin xəstə məzuniyyətinə və ya özünü təcridə getdiyini söyləyib.

İnfeksiyanın yayılmasına nəzarət tədbirləri nəticə vermirsə, xəstəxanalar özləri də infeksiya mərkəzinə çevrilə bilər. Həkimlər artıq BBC-yə, koronavirusu olmayan xəstələri mümkün infeksiyadan qorumaq məqsədilə vaxtından əvvəl evlərinə göndərmək üçün necə cəhd etdiklərini bildiriblər.

Zəif müdafiə

Potensial infeksiya mühitində bir sıra ölkələrdə tibb işçilərinin fərdi qoruyucu vasitələrinin olmaması onları xüsusilə əsəbiləşdirir.

Fransada həkimlər hökumətə qarşı məhkəmə iddiası qaldırıblar, çünki onların dediyinə görə tibbi maskaların istehsalının artırılmasına vaxtında göstəriş verilməyib və nəticədə onların həyatı təhlükəyə atılıb. Zimbabveli həkimlər və tibb bacıları ölkədə üç həftə boyunca sərt karantin tətbiq olunduğu dövrdə fərdi qorunma vasitələrinin olmamasına etiraz olaraq tətilə başladılar.

Böyük Britaniyada Səhiyyə İşçiləri Konfederasiyasının icraçı direktoru Nil Dikson bəyan edib ki, bu vasitəsilərin olmaması həkim və tibb bacılarının sistemə etibarını sarsıdır.

Dokson bildirib ki, ölkə hakimiyyəti tibb işçiləri arasında tibbi maskalar paylamaq üçün ordunun köməyinə müraciət etsə də, "itirilmiş etimadı bərpa etmək üçün bir az vaxt lazım olacaq" deyib . "Başqa bir problem, bu malların istehsalının Asiya və Çində cəmləşməsidir" deyə o vurğulayır: "Çin üçün uzun müddətli perspektivdə lazımi miqdarda tədarükü təmin etmək çox çətin olacaq".

Mənbə: mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR