Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus su ilə keçə bilərmi?

Koronavirus su ilə keçə bilərmi?
Sakura

Koronavirus su ilə keçə bilərmi?

Alimlər bunun mümkün olub-olmadığını müəyyənləşdiriblər.

Dənizdə çimərkən, yaxud hovuz və ya spa salonlarına getməklə koronavirusa yoluxmaq mümkün deyil. Ens.az saytı bildirir ki, İspaniyanın Elmi Tədqiqatlar üzrə Ali Şurasının alimləri bu nəticəyə gəliblər. Onların apardığı tədqiqatın nəticələri təşkilatın portalında dərc olunub.

Müəlliflər dəniz suyundakı duzun həllolma təsiri ilə birlikdə ehtimal ki, virusun deaktivasiyasına köməkçi olduğunu qeyd ediblər. Eyni zamanda, dezinfeksiyaedici maddələr hovuzlarda və spa salonlarında fəal şəkildə istifadə olunur, bu da onun ləğvi üçün kifayət olmalıdır. Bundan əlavə, saunalarda və buxar hamamlarında hava temperaturu 60 dərəcədən yüksək olur ki, bu da virus üçün öldürücüdür.

Ancaq çaylarda, göllərdə, şirin sularda və təmizlənməmiş su obyektlərində virusun sağ qalması ehtimalı yüksək olacaq və buna görə də həmin məkanlarda həddindən artıq ehtiyat tədbirləri görülməlidir.

Alimlər koronavirus ilə yoluxma təhlükəsinin quruda - çimərlikdə və ya su anbarının sahilində gözləməkdə ola biləcəyini qeyd ediblər. Bununla yanaşı, tədqiqat müəllifləri dəniz suyu duzunun, günəşin ultrabənövşəyi radiasiyasının və qumun qızdığı yüksək temperaturun birgə təsirinin də virusu zərərsiz hala gətirə biləcəyini düşünürlər.

Qeyd edək ki, yeni koronavirus pandemiyası demək olar ki, bütün dünyanı bürüyüb. ÜST-nin son məlumatına görə, 3,7 milyondan çox insan yoluxmuş, onlardan təxminən 260 min nəfər ölmüşdür.

 

Mənbə: rambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR