Slimfit
  1. MARAQLI

Koronavirus saytı düzəltmiş gənc 8 milyon dollardan imtina etdi

Koronavirus saytı düzəltmiş gənc 8 milyon dollardan imtina etdi
Sakura

Koronavirus saytı düzəltmiş gənc 8 milyon dollardan imtina etdi

17 yaşında korona izləmə saytı quran gənc 8 milyon dollarlıq reklam təklifini rədd etdi.

Ens.az bildirir ki, uğurlu koronavirus məlumat saytı ilə bir müddət əvvəl də gündəmə gəlmiş 17 yaşlı lisey şagirdi Avi Şiffmann, gündə 30 milyon insanın daxil olduğu sayta gələn reklam təkliflərini rədd edib.

Bütün dünyanı əhatə etmiş koronavirusun hələ uzun müddət bəşəriyyətə təsir edəcəyi gözlənilir. Belə bir vəziyyətdə koronavirus haqqında ən çox ziyarət edilən məlumat saytlarından birinin yaradıcısı 17 yaşlı Avi Şiffmann, verdiyi müsahibədə məlumatları aktuallaşdırmaq qərarına gəldiyini, saytın fəaliyyət göstərdiyi müddətdə onun üzərində işləməyə davam edəcəyini və yeni xüsusiyyətlər əlavə edəcəyini söyləyib.

Şiffmann tərəfindən hazırlanan saytda, hər kəsin koronavirus haqqında bilməli olduğu məlumatları tapmaq mümkündür. Ümumdünya Səhiyyə Təşkilatından və ölkələrin rəsmi saytlarından alınan məlumatlar fonunda daim yenilənən bu saytda ölüm, sağalma, yeni yoluxma halları və bir sıra digər oxşar mövzular haqqında məlumat əldə edə bilərsiniz.

Uğurlu işindən qürur duyduğunu, lakin bununla gündəmə gəlmək istəmədiyini ifadə edən Şiffmann, Ümumdünya Səhiyyə Təşkilatının gələcəkdə insanların informasiya almaq haqqlarını nəzərə alacağına ümid edir. Bu işin bütün vaxtını aldığını və böyük bir məsuliyyət olduğunu dilə gətirən gənc, səhifədəki problemlər üzündən bəzi günlər ümumiyyətlə yata bilmədiyini söyləyib.

8 milyon dollar təklif edildi:

Şiffmann, indiyə qədər 700 milyon adamın ziyarət etdiyi saytı üçün çox sayda reklam təklifi aldığını, bunlardan birinin hətta 8 milyon dollar dəyərində olduğunu ifadə edərək, əsas məqsədinin insanları məlumatlandırmaq olduğunu, ona görə də bütün bu təklifləri rədd etdiyini deyib. Hələ cəmi 17 yaşında olduğunu və 8 milyon dollara ehtiyac duymadığını vurğulayan gənc bildirib ki, hamı ona saytından reklam almağının lazım olduğunu söyləyir, ancaq bu mövzuda qərarı qətidir.

Reklam alacağı təqdirdə saytının əvvəlki tək yaxşı görünməyəcəyini düşünən Şiffmann, hazırkı dizayndan razı olduğunu, dünyanın bir çox yerində sürətli internetə sahib olmayan istifadəçilərin rahat girmələrinə reklamların mənfi təsir göstərməsini istəmədiyini söyləyib. Gələcəkdə saytını sata biləcəyini deyən gənc, saytındakı yeganə dəyişikliyin əlavə etdiyi hədiyyə düyməsini olduğunu qeyd edib.

Mənbə: www.webtekno.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR