Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus qanla yoluxur? - Mərkəzdən açıqlama

Koronavirus qanla yoluxur? - Mərkəzdən açıqlama
Sakura

Koronavirus qanla yoluxur? - Mərkəzdən açıqlama

Dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib.

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin açıqladığı məlumatda bildirilir. Məlumata görə, koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib: "Koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur. Dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib.

Ən son tövsiyələri nəzərə alıb qan və qan komponentlərinin təhlükəsiz toplanması, tədarükü üçün bütün zəruri dəyişiklikləri yerinə yetirir və ən son protokolları tətbiq edirik".

Qeyd olunub ki, koronavirus pandemiyası səbəbi ilə Azərbaycanda 1500-dən çox talassemiyalılar, həyatları qandan asılı olan digər hematoloji xəstələr və təcili əməliyyata ehtiyacı olan şəxslər üçün qan çatışmazlığı səbəbindən həyati risk yarana bilər: "Damarlarında axan qanla onların həyat qurtaran qəhrəmanı ol!"

Xatlırladaq ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar talassemiyalı pasiyentlərə müraciət də edib. Müraciətdə bildirilir ki, koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə bütün səviyyələrdə hərəkətin məhdudlaşdırılması və sosial təcridin gücləndirilməsi tədbirləri çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən regionlardan Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna girişin məhdudlaşdırılması haqqında qərar qəbul edilib. Bu qərardan sonra davamlı müalicə üçün regionlardan Bakı şəhərinə gələn talassemiyalı pasiyentlərin gəlişində də çətinliklər yaranıb.

Çətinliklərin aradan qaldırılması məqsədi ilə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının bölgə bölmələri gücləndirilimiş iş rejimində daimi olaraq xidmət göstərir. Transfuziya alan pasiyentlərin xelator preparatlarla təminatını da bölgələrdəki bölmələr vasitəsilə həyata keçiriliəcək.

 
 

Mənbə: metbuat.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR