Slimfit
  1. DÜNYA

Koronavirus pandemiyasının yeni episentri məlum oldu

Koronavirus pandemiyasının yeni episentri məlum oldu
Sakura

Koronavirus pandemiyasının yeni episentri məlum oldu

“Cənubi Amerika koronavirus pandemiyasının yayılmasının yeni episentri oldu. Braziliya infeksiyadan ən çox zərər çəkən ölkədir”.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) səhiyyə sahəsində fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan deyib.

"Cənubi Amerika xəstəliyin yeni episentridir. Biz Cənubi Amerikanın bir çox ölkələrində yoluxmaların sayının artdığını görürük", - Rayan bildirib.

O qeyd edib ki, ÜST-ün ən böyük narahatlığına Braziliyadakı vəziyyət səbəb olur.

Təşkilatın məlumatına görə, bu ölkədə virusa yoluxanların sayı 300 min nəfərə yaxınlaşır. Xəstələrin əksəriyyəti San-Paulu ştatının payına düşür.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR