Slimfit
  1. CƏMİYYƏT

Koronavirus pandemiyası payızda bitir? - Baş İnfeksionist açıqladı

Koronavirus pandemiyası payızda bitir? - Baş İnfeksionist açıqladı
Sakura

Koronavirus pandemiyası payızda bitir? - Baş İnfeksionist açıqladı

Bu gün koronavirusun bitməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi mütəxəssislər koronavirus pandemiyasının payızda bitəcəyi ilə bağlı iddialar irəli sürürlər. Azərbaycanda koronavirus pandemiyası payızda bitə bilərmi?

Ens.az xəbər verir ki,bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, koronavirus pandemiyasını nə zaman bitəcəyini heç kim deyə bilməz:

"Bəzən sosial şəbəkələrdə yazırlar ki, payızda, qışda sönəcək. Bütün bunlar çox qeyri-ciddi fikirlərdir. Biz bir müddət koronavirusla yaşamağı və karantin davranışlarını özümüzdə adət halına çevirməliyik. Çünki koronavirusun hələ də dəqiq peyvəndi tapılmayıb. Düzdür bir neçə ölkədə vaksinlər sınaqdan keçirilir. Ona görə də bütün hallarda insanlarımızın Operativ Qərargahın qoyduğu qaydalara və verilən tövsiyyələrə əməl etməsi mütləqdir. Maska, sosial məsafə və özünü təcrid məsələlərinə diqqət edilməlidir. Çalışdığımız qədər insanların toplu olduğu yerlərdən uzaq durmalıyıq. Qapalı yerlərdə maska taxıb, sosial məsafəni qorumalı və sanitar gigyenik qaydalara əməl etməliyik. Biz bu 3 sadə tövsiyəyə əməl edərək həm özümüzün və yaxınlarımızın sağlamlığını qorumaqla yanaşı həm də koronaviursu həyatımızdan çıxara bilərik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR