Slimfit
  1. DÜNYA

Koronavirus indi də bu ölkədə tapıldı

Koronavirus indi də bu ölkədə tapıldı
Sakura

Koronavirus indi də bu ölkədə tapıldı

Latviyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən “LETA” agentliyinə məlumat verilib.

Belə ki, respublika sakini iki gün əvvəl Münhendən keçərək Milandan evə qayıdıb. Qadın ambulator müayinə olunub. Təxirəsalınmaz tibbi yardım ondan analizlər götürüb və nəticə təsdiqini tapıb. Pasiyent müalicə və izolyasiya məqsədi ilə İnfeksion mərkəzə köçürülüb.

 

Xəstənin qayıtdığı təyyarədə ümumilikdə 145 sərnişin olub. Onlardan 24-ü infeksiyalı insanla ən yaxın məsafədə oturanlardır. Digər sərnişinlər xəstə ilə əlaqədə olan şəxs qismində sayılmırlar.

Koronavirusa yoluxan qadınla bərabər onunla səyahət edən övladı da xəstəxanaya yerləşdirilib. Uşaqda koronavirus aşkarlanmayıb. Onlar ayrı boksa yerləşdirilib. Ailənin digər üzvləri karantində ailə həkiminin nəzarətində saxlanılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR