Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus COVID-2019: təhlükəli xəstəlik haqqında bütün miflər dağıldı

Koronavirus COVID-2019: təhlükəli xəstəlik haqqında bütün miflər dağıldı
Sakura

Koronavirus COVID 2019 ilə bağlı bütün miflər

Koronavirus COVID-2019 pul və ya bağlamalar vasitəsilə ötürülmür.

Maskalar və ərzaq almaq

Ens.az bildirir ki, sakinlərin aptek və ərzaq mağazalarına basqın etməsinə dəyməz, çünki bu anda ölkənin qlobal karantinə keçməsi üçün heç bir təhlükə yoxdur. Üstəlik, əksər dərmanlar və maskalar koronavirusdan ümumiyyətlə qorumur.

Yoluxucu xəstəlik həkimi Viktoriya Şevlevanın yerli mətbuata verdiyi şərhdə deyildiyi kimi, maskalar yalnız xəstəliyə yoluxmuş adamlara lazımdır ki, infeksiyanı yaymasınlar.

"Əksinə, bu maskalar xəstə insanlar tərəfindən geyilməlidir, çünki onlar asqıranda və ya öskürəndə başqalarını xəstənin tüpürcək damlalarından qoruya bilər. Virusun yayılmasının qarşısı alınar" həkim vurğulayıb.

Heyvanlarda koronavirus

Hazırda koronavirusa itin yoluxmasına dair təsdiqlənmiş bir hal mövcuddur. Hong Kongda qeyd olunan heyvanın qanında virusun izləri tapılıb. Ancaq itdə xəstəliyin əlamətləri olmayıb, hazırda o karantinə alınıb ​​və müşahidə edilir. Ev heyvanlarının infeksiyaya yoluxmasına dair başqa bir fakt hələ ki, aşkar edilməyib.

Koronavirus və uşaqlar

Statistikaya görə, uşaqlarda böyüklərə nisbətən koronavirusa yoluxma ehtimalı azdır, lakin onlar da bu xəstəliyə meyllidirlər. Çinin Hubey əyalətində xəstələnmiş 44 min şəxsdən yalnız 2.2 faizi 19 yaşına qədər olan uşaqlardır. Uşaqlarda xəstəlik daha asandır və ya geç bir simptom meydana çıxmır.

Koronavirus və yaşlılar

Dəhşətli virus, yaşından asılı olmayaraq bütün insanları yoluxdurur. Ancaq yaşlı insanlar daha zəif immunitetə və daha çox xroniki xəstəliklərə sahib olduqları üçün risk altındadır. Buna görə onlarda olan koronavirus daha ağır olur və daha tez-tez ölümlə nəticələnir.

Koronavirus yüksək ölüm nisbətinə malikdir

Statistikaya görə, hazırda koronavirusun ağırlaşmasından ölüm nisbəti təxminən 2% -dir. Vaxtında həkimə gedən və lazımi müalicə alanlar 98% hallarda tam sağalma şansı əldə edirlər. On minlərlə insan koronavirusla xəstələnsə də, normal həyatına qayıdıb.

Koronavirus COVID-2019: xəstəliyə təyyarələrdə yoluxmamaq üçün mə etməli?

Koronavirus yalnız insandan insana ötürülə bilər

Həqiqətən, koronavirus səthdə 9 gündən çox davam edə bilər, ancaq diri qalmaq üçün nəmə, ultrabənövşəyi radiasiyanın olmamasına, müəyyən bir temperatura ehtiyac duyur. Bu anda virusun yayılmasının əsasən hava və ya insanın tüpürcəyi yolu ilə keçir. Virus yalnız insan orqanizmində yaşaya bilər.

Xaricdən bağalamalar almaq təhlükəsizdir. Ancaq pul əskinası yolu ilə xəstəliyə tutukmaq o halda mümüknüdür ki, xəstə adam onun üzərinə asqırmış olsun və dərhal başqasına versin.

Koronavirus antibiotiklərdən qorxur

Viruslar və bakteriyalar - bunlar müxtəlif infeksiyalardır və antibiotiklər yalnız bakteriyaların yaratdığı xəstəliklərə təsir göstərir. Viruslarla mübarizə üçün həkimlər antivirus dərmanlardan istifadə edirlər.

Mənbə: www.rbc.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR