Slimfit
  1. SİYASƏT

"Koronavirus bəlasını dəf edib gücümüzü erməni virusunun məhv edilməsinə yönəldək" - AÇIQLAMA

"Koronavirus bəlasını dəf edib gücümüzü erməni virusunun məhv edilməsinə yönəldək" - AÇIQLAMA
Sakura

"Koronavirus bəlasını dəf edib gücümüzü erməni virusunun məhv edilməsinə yönəldək" - AÇIQLAMA

“Biz koronavirus bəlasını dəf edib gücümüzü iqtisadi inkişafa və bir də erməni virusunun məhv edilməsinə yönləndirməliyik”.

Ens.az xəbər verir ki, bunu KONKRET.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov bildirib.

O, qeyd edib ki, son dövrün statistikası ümidvericidir və bu bəlanın payızadək dəf edilməsi imkanından xəbər verir:

“Lakin ötən iki gün ərzində cüzi də olsa artım və təkrar üçrəqəmli statistika bizi düşünməyə vadar etməlidir. 500-dən artıq ölü var, bu ciddi rəqəmdir. Orta böyüklükdə bir kənddə bu qədər insan yaşayır. Sanki bir kəndimiz yer üzündən silindi. Məsələyə bir də bu prizmadan yanaşaq. Opertaiv Qərargah yumşalma tədbirlərini davam edir. Əlbəttə, bu, edilməlidir, iqtisadi sistemin göz görə-görə çökdürülməsinə, mülki dövriyyənin tənəzzülünə, insanların isə müflisləşməsinə yol vermək olmaz. Cənab prezident İlham Əliyevin də dediyi kimi əsas olan insan amilidir. Bu dövlətin də ali məqsədi Konstitusiyamızın 12-ci maddəsində qeyd edildiyi kimi insan meyarıdır. Vətəndaş yaxın keçmişə, istər qonşu dövlətlər, istərsə də öz təcrübəmizə baxmalı, minimal tələblərə riayət etməlidir. Mən özüm şahidi olmuşam, təəssüf ki, tibbi maska taxmadığı üçün mağazaya buraxılmadığına görə mühafizəçi ilə mübahisə edən insanlarımız hələ də var”.

Deputat vurğuluayıb ki, bu cür yenidən sərtləşmə tədbirlərinə rəvac vermək olmaz:

“Açıq deyirəm, statistika iyun-iyul aylarındakı kimi yenidən artsa, dövlət sərtləşdirilmiş məhdudiyyət tədbirlərinə əl atmağa məcbur ola bilər. Amma bu, nə vətəndaşa, nə də dövlətə lazım deyil. Çalışıb bu şəraiti yaratmamalıyıq. Unutmayaq ki, Azərbaycanda karantin tədbirlərinin sərtləşdirilməsində maraqlı olan qüvvələr var. Onların arxasında bu statistikanın mənfiyə doğru dəyişməsini istəyən və məhdudiyyətlərin artırılmasından doğa biləcək sosial gərginlikdən siyasi çıxar güdən xarici güclər dayanır. Nə qədər mənəvi deqradasiya sayılsa da bu, faktdır. Bunları da nəzərə almalıyıq. Əlbətdə Operativ Qərargahın atdığı addımlarda, görülən tədbirlərdə yalnışlıq da mümkündür, səhvlər də var. Bu normaldır. Çünki bizim bu günə kimi belə təcrübəmiz olmayıb. Lakin indi bu kimi məsələlərin müzakirəsi zamanı deyil, dövlət vətəndaş ayrımı etmək lazım deyil. Biz birik. Bu dövlət vətəndaşındır, vətəndaş da dövlətin. Ona görə bir daha çağırış edirəm, ehtiyatlı olaq. Sağlamlığımızı, dövlətin iqtisadi və maliyyə imkanlarını təhlükəyə atmayaq. Həqiqətən görüləsi işlərimiz çoxdur. Çünki müharibə şəraitindəyik, bu bəlanı dəf edib gücümüzü iqtisadi inkişafa və bir də erməni virusunun məhv edilməsinə yönləndirməliyik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR