Slimfit
  1. İQTİSADİYYAT

Koronavirus Azərbaycan iqtisadiyyatına nə qədər ziyan vurur? – Açıqlama

Koronavirus Azərbaycan iqtisadiyyatına nə qədər ziyan vurur? – Açıqlama
Sakura
:0

Koronavirus Azərbaycan iqtisadiyyatına nə qədər ziyan vurur? – Açıqlama

Koronavirus epidemiyasının yayılması qlobal iqtisadiyyata zərbə vurmaqda davam edir.

Cebhe.info xatırladır ki, bu il qlobal iqtisadi artım 2,9 faiz proqnozlaşdırıldığı halda, koronovirusun təsiri ilə bu göstəricinin 2 dəfəyə qədər azalaraq 1,5 faiz olacağı gözlənilir.

Ötən il ÜDM artımı 6,1 faiz olan virusun mənbəyi hesab olunan Çində 2020-ci ilin birinci rübündə bu göstəricinin 5 faizdən də aşağı olacağı proqnozlaşdırılır. Virusun Yaponiya, Koreya, Avstraliyada və digər ölkələrdə də iqtisadi artımı yavaşımağa başlatdığı açıqlanıb.

Bəs epidemiya Azərbaycanda iqtisadiyyatına nə qədər ziyan vurub? Bununla bağı hansısa hesablamalar aparılıbmı?

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Cebhe.info-ya açıqlamasında Nazirliyin saytında görülən tədbirlər və ayrılan vəsaitlər haqqında mütəmadi məlumatlar verildiyini qeyd edib.

Konkret olaraq iqtisadi ziyanın hesablanıb-hesablanmamasına, proqnozlaşdırılan göstəricilərdə dəyişiklik edilib-edilmədiyinə gəlincə, nazirliyin sözcüsü bu sualın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmalı olduğunu tövsiyə edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR