Slimfit
  1. CƏMİYYƏT

Koronanın yeni versiyası: sərt qapanma ola bilərmi?

Koronanın yeni versiyası: sərt qapanma ola bilərmi?
Sakura

Koronanın yeni versiyası: sərt qapanma ola bilərmi?

Koronavirusun yeni “omikron” variantının aşkar edilməsi bir sıra ölkələrin yenidən qapanma qərarları verməsinə səbəb olub. Dünyanın 3-cü ən böyük iqtisadiyyatına malik olan Yaponiya xaricilərin bu ölkəyə gəlməsinə qadağa tətbiq etmək niyyətindədir. İsrail 2 həftəlik qapanma tətbiq etməyi planlaşdırır. ABŞ 8 ölkədən Birləşmiş Ştatlara səfərləri yasaqladı.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov koronavirusun yeni ştammının dünya iqtisadiyyatına təsiri haqda danışarkənn qeyd edib.

O bildirib ki, “omikron”un aşkar edilməsi dünya birjalarına və eləcə də neft bazarına ciddi təsir etsə də, birjalar həftəyə nikbin ovqatla qədəm qoyub:

“Ötən həftənin son iş günü 10 faizdən çox ucuzlaşan neft bu həftəyə 4 faizə yaxın artımla başlayıb. Hazırda “Brent” markalı neftin 1 barrelinin qiyməti 75 dollardan baha satılır. “Omikron” variantından ehtiyatlansalar da, birjalar aparıcı ölkələrin daha geniş qapanmalara getməyəcəyinə ümidlüdilər.

Belə ki, ABŞ daxil olmaqla, bir sıra inkişaf etmiş ölkələr “omikron” variantının araşdırılması üçün ən azı 1 həftə zaman lazım olduğunu bəyan ediblər. Digər tərəfdən, bir sıra ölkələr qapanma qərarı versələr də, etiraf etmək lazımdır ki, dünya sərt karantinlərdən, yumşaq desək, bezib. Buna görə də ölkələr “lokdaun” qərarlarını ehtiyatla qəbul edir.

Azərbaycan yumşaq karantin rejimini tətbiq edən ölkələrdəndir. Təbii ki, “omikron” variantının təsirləri və yayılma coğrafiyası və eləcə də tezliyindən asılı olaraq növbəti addımların müəyyənləşəcəyi gözlənilir. İndiki halda yenidən sərt qapanmalara getmək arzuolunan deyil. Real sektordakı açılımların və yenidən bərpa olunan aktivliyin qorunub saxlanması vacibdir. Bununla belə, dünya bazarlarındakı və eləcə də neft birjalarında kəskin dalğalanmalar bir daha təsdiq edir ki, hər zaman xarici şoklar aktiv ola bilər”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR