Koronanın xeyiri: mövsümi qripə yoluxma kəskin azaldı
Ölkədə mövsümi qripə, respirator viruslara yoluxma halları kəskin azalıb.
Axar.az xəbər verir ki, koronavirus pandemiyası təhlükəsi meydana çıxdığı gündən Azərbaycanda mövsümi qriplərə yoluxma da azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə respirator viruslarla bağlı həkimə müraciət edənlərin sayında kəskin azalma var. Xüsusilə bu ərəfələrdə havaların tez-tez dəyişkən keçməsi uşaqlarda qrip kimi xəstəliklərə səbəb olurdu. Amma hazırda xüsusilə kəskinləşmiş respirator virusları ilə bağlı narahatlıq müşahidə edilmir.
Son günlər mövsümi qrip, respirator virusların azalmasını həkimlər, pediatrlar da təsdiqləyir.
Bununla bağlı saytımıza açıqlama verən pediatr Vaqif Qarayev bildirib ki, məktəblər bağlanandan sonra mövsümi qriplər uşaqlar arasında kəskin azalıb:
“İndi tövsiyə olunan gigiyenik qaydalar uşaqlara 3 yaşından aşılanmalıdır. Hazırda heç bir dəyişiklik yoxdur. Sadəcə, epidemiya vaxtı bu qaydalara daha ciddi əməl etməliyik. Uşaqların bu aralar xəstələnməməsinə səbəb koronavirusa görə gigiyenik qaydalara daha çox riayət edilməsi və sıx təmasdan çəkinməkdir. Məktəblərin bağlanması da mövsümi qriplərin kəskin azalmasına əsas səbəblərdəndir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət