Dərc edildi: Baxış sayı: 1408
:0
Korona təhlükəsi sovuşur? – Karantinlər yumşaldılır
İtaliya, İspaniya, Almaniya, Norveç, Avstriya kimi ölkələr aprel ayının sonuna doğru karantin tədbirlərini yumşaltmağı planlaşdırır. Bu, koronavirusla bağlı müsbət tendensiya müşahidə olunduğuna görədir.
Axar.az xəbər verir ki, bu sözləri həkim Vaqif Qarayev pandemiyanın dünya üzərində öz təsirini itirməsi ilə bağlı danışarkən deyib. V.Qarayev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının təmsilçiləri isə hələ tələsməməyi məsləhət görür:
“Dünyanı bəlaya salan Uhanda karantin demək olar ki, götürülüb. Bütün hallarda özümüzü qorumalıyıq, ancaq narahatlıq da keçirməyə artıq əsas yoxdur. Təhlükə getdikcə sovuşur. Nə olsa belə, ÜST-ün tövsiyələrinə əməl etməliyik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət