Dərc edildi: Baxış sayı: 617
Koroğlu - Yağılar bağrını əzər Koroğlu
Qıratın üstündə, ərlər yanında,
Dağları, daşları gəzər Koroğlu.
Hərdən acıqlanıb, nərə çəKəndə
Yagılar bağrını əzər Koroğlu.
Meydana girəndə hünər eləyər,
Leş qalar bir yanda, kəIIə söyləyər,
Yüz sar gəlsə, bir tərlana neyləyər?
Laçın tək havada süzər Koroğlu.
Mərd meydandan qaçmayıbdır yaşında,
Dəlilərin cəm görmüşəm başında,
Düşməni sındırır tər savaşında,
Günün deyər şlrə bənzər Koroğlu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət