Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Qoymaram

Koroğlu - Qoymaram
Sakura

Koroğlu - Qoymaram

Yığılsa, məxluqat, qurulsa məhşər,
İsrafil surunu çala qoymaram,
Çəkərəm qılıncı, girrəm meydana,
Uçurdaram, burda qala qoymaram.

Mən aşıq təhlədənəm,
Tək evli məhlədənəm,
Aracbap tərlanıyam
Sonalar təhlədənəm.

Xəbər olsun Bayazidin elinə,
Düşməmisiz mən dəlinin əlinə,
Hoy deyib minərəm Qırat belinə,
Bu qisası Rüstəm-Zala qoymaram.

Mən aşıq ləngəridi,
Gəmidi, ləngəridi, 
Çox bilib, az danışqmaq,
İyidin ləngəridi.

Bir iyid ki, atasından var ola,
Tülak tərlan qurbət eldə sar ola,
Bayaziddə neçə gözəl var ola,
Aya aparmasam, ilə qoymaram.

Mən aşıq Ordubada,
Salmasdan Ordubada,
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.

Badələr içmişəm hələ sərxoşam,
Qorx o günümdən ki, qaynayam, coşam.
Tüləklər saldıran bir tərlan quşam,
Sarlar şikarımı ala qoymaram,

Mən aşıq ovun ovlar,
Gözlərin ovun ovlar,
Alvızdan qalxan tərlan,
Murğuzdan ovun ovlar.

Qırram qayaları, yıxaram dağı,
Xanlar zəhər içər, sultanlar ağı,
Çənlibeldi qoç Koroğlu oylağı,
Şah da gəlsə Çonlibelə qoymaram.

Mən aşığam şonqara,
Şikar gərək şonqara,
Cik-cik deyən sərçələr,
Neylər şahin şonqara.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR