Dərc edildi: Baxış sayı: 1235
Koroğlu - Qırat, gəl
Çənlibeldən səni deyib gəlmişəm,
Alma gözlüm, qız birçəklim Qırat gəl,
Dəmir libas, polad geyib gəlmişəm,
Alma gözlüm, qız birçəklim Qırat gəl.
Əzəldən biləydim sənin halını,
Kəsdirəydim əşrəfidən nalını,
Toxudaydım yüz gözələ çulunu,
Alma gözlüm, qız birçəklim Qırat gəl,
Axurda qalarmı arpa səhərə,
Üzəngilər nə yaraşır yəhərə,
Dəlilər salmışdı məni qəhərə
Alma gözlüm, qız birçəklim Qırat gəl,
Mənim atım atım-atım atılar,
Qulaqları qarğı kimi çatılar,
Ucuzluqda min tümənə satılar
Alma gözlüm, qız birçəklim Qırat gəl,
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət